Rus Dram Teatrında “Mənim savaşım” monotamaşası
Fevralın 25-də Xocalı faciəsinin
30-cu ildönümü ilə
əlaqədar Səməd
Vurğun adına
Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının səhnəsində
Xalq artisti Aleksandra Nikuşinanın “Mənim
savaşım” adlı
monotamaşası nümayiş
olunacaq.
Azərbaycanın Vətən müharibəsində
tarixi Zəfərinə
həsr olunan tamaşa Xocalı soyqırımının 30-cu ildönümü
münasibətilə təqdim
ediləcək. Səhnə əsərinin quruluşçu
rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar
mədəniyyət işçisi
Vladimir Neverov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət
işçisi Olqa Abbasova, dekorasiya üzrə rəssamı Əməkdar mədəniyyət
işçisi
Aleksandr Fyodorovdur.
Xatırladaq ki, premyerası ötən ilin 8 noyabrında – Zəfər
bayramında keçirilən
monotamaşa Aleksandra Nikuşinanın
Qarabağ münaqişəsi
mövzusunda yazdığı
şeirlər əsasında
səhnələşdirilib. Xalq
artistinin “Bu, mənim
də savaşımdır” adlı poetik
silsiləsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Mədəniyyət.- 2022.- 18
fevral.- S.3.