“Ana dilimizi sevək qoruyaq

 

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Əlamətdar günlə bağlı bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

Gəncə RMİ Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı iləMilli varlığın ifadəsiadlı ədəbi-bədii gecə keçirilib. Şagirdlərin ifasında musiqi parçaları, “Sinif otağı”, “Anamın kitabısəhnəcikləri təqdim edilib, şeirlər səsləndirilib.

Şəki RMİ Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasında “Ana dilimizi sevək qoruyaqmövzusunda konfrans,  Zaqatala rayon Heydər Əliyev Mərkəzində isə rayon MKS- birgəMənim qürurum – Ana dilimadlı tədbir təşkil edilib.

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan “Ana dili xalqımızın qürur mənbəyidirmövzusunda tədbirdə çıxış edənlər ana dilimizin milli varlığımızın əsas əlamətlərindən olduğunu söyləyiblər.

İsmayıllı RMİ İsmayıllı rayon MKS-nin Basqal qəsəbə kitabxana filialında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi təşkil edilib.

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalındaDilin sehri, sözün sehriadlı tədbir keçirilib. Tədbirdə Ağdaş rayon B.Nəbiyev adına 3 saylı beynəlmiləl məktəbinin 4-cü sinif şagirdlərinin ifasında dilimizin gözəlliyini, zənginliyini əks etdirən şeirlər səsləndirilib.

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin 1 saylı şəhər klubunda keçirilən tədbirdə dərnək üzvlərinin ifasında mövzu ilə bağlı şeir mahnılar səslənib.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Ana dilimizin inkişafında Heydər Əliyevin roluadlı tədbir keçirilib. Masallı şəhər 3 saylı tam orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq BayramınÖz ana dilini bilməyənlərəşeirlərini söyləyiblər. Masallı rayon Mərkəzi Kitabxanası, Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Cəlilabad rayon Qarazəncir, Seyidbazar Dələli kənd kitabxana filiallarında da əlamətdar günlə bağlı tədbirlər təşkil edilib.

Xaçmaz RMİ Quba rayon MKS Bərdə RMİ Bərdə rayon MKS-nin kənd kitabxana filiallarında da əlamətdar günlə bağlı tədbirlər keçirilib.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.4.