“Mərmər
soyuğu”nun festival yolçuluğu
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “Baku Media Center”, “İctimai TV” və “Arizona
Productions” (Fransa) şirkətləri
tərəfindən birgə
istehsal edilən “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb.
“Azərbaycanfilm”dən bildirilib ki, rəng korreksiyası İstanbul şəhərində
aparılan filmin hazırda beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.
Film uğursuz rəssamla
sevgilisinin qarışıq
münasibətlərindən bəhs edir. Uzunsürən
həbs həyatından
sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən
verməyə çalışır...
Filmin ssenari müəllifləri
Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu
rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov,
baş prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir.
Əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban
İsmayılov canlandırıblar.
Mədəniyyət.- 2022.- 23
fevral.- S.5.