“Ekspo Dubay”da Azərbaycanın “Dostluq”
xalçası təqdim edilib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya sərgisində (Expo 2020 Dubai) Azərbaycan pavilyonunda müxtəlif təqdimatlar, mədəni proqramlar təşkil edilir.
Fevralın 18-də dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.
Ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın kreativ komandası ilə Əməkdar rəssam Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.
Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.
Xatırladaq ki,
ölkəmiz “Ekspo Dubay”
sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə “Gələcəyin toxumları” mövzusu
ilə çıxış edir. 2020-ci
ildə açılması nəzərdə tutulan,
lakin pandemiya səbəbindən
ertələnən “Ekspo Dubay”
ötən il oktyabrın 1-də fəaliyyətə
başlayıb. 190 ölkənin təmsil olunduğu dünya sərgisi
2022-ci il martın 31-nə qədər davam edəcək.
Mədəniyyət.- 2022.- 23
fevral.- S.8.