Təsviri sənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir

 

Mədəniyyət Nazirliyi tərəfindən təsviri incəsənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir. Bu xüsusda rəssamlarla görüşlər keçirilir, onların yaradıcılıq qayğıları, fikir və təklifləri dinlənilir.

Nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva və şöbənin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə fevralın 18-də Xalq rəssamı Cəlil Hüseynovun, rəssamlar Sübhan Məmmədov və Anar Yolçuyevin emalatxanalarında olublar.

Qeyd edək ki, bu il aprelin 8-də Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş kölgə” adlı sərgi təşkil ediləcək. Görüş zamanı sərgi ilə bağlı fikir mübadiləsi də aparılıb.

Rəssamlar Sübhan Məmmədov və Anar Yolçuyevin emalatxanalarında görüşlər zamanı hər iki müəllifin gələcəkdə fərdi sərgilərinin təşkili ilə bağlı məsələlər də müzakirə edilib.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.3.