Azərbaycanın multikultural dəyərləri İrəvanda diqqətə çatdırılıb

 

 

Bu, erməni etnik azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün ən yaxşı zəmanətdir”

 

 

 

Fevralın 22-də İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclasında Azərbaycan da təmsil olunub. İclasda Milli Məclisin deputatları Tahir MirkişiliSoltan Məmmədov iştirak ediblər.

Azərbaycan multikultural, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanın malik olduğu multikultural dəyərlər erməni etnik azlığının Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi reinteqrasiyası üçün ən yaxşı zəmanətdir. Azərbaycan Ermənistanla bütün əlaqələrin bərpasının tərəfdarıdır. Bu, regionumuza sülh təhlükəsizlik, eyni zamanda iqtisadi faydalar gətirəcək, onu Şimal Cənub, Şərq Qərb arasında körpüyə çevirəcək.

Bu sözləri komitə iclasında çıxış edən Soltan Məmmədov deyib. Deputat bildirib ki, bu gün Azərbaycanın dünyaya təklif etdiyi regional layihələr təhlükəsizliyə və regionun inkişafına xidmət edir.

Soltan Məmmədov Ermənistan heyətinin işğaldan azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlarına cavabında qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq ictimaiyyətə 30 il çağırış edib. Azərbaycan istənilən mədəni və dini abidənin mənsubiyyətindən asılı olmayaraq bərpasına, qorunmasına və istifadə edilməsinə sadiqdir: “Biz 30 ildən çoxdur ki, UNESCO-nu bu ərazilərə gəlib dəyərləndirmə və monitorinq aparmağa, Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirməyə çağırırdıq. Biz indi beynəlxalq ictimaiyyətin müstəqil dəyərləndirmə aparmasını, reallığı beynəlxalq ictimaiyyətə çatdırmasını gözləyirik...”.

Deputat Ermənistan tərəfini Azərbaycanla bağlı düzgün ifadələr seçməyə və təhqiredici ifadələrdən çəkinməyə çağırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, region ölkələri ortaq maraqlarını müəyyənləşdirməlidir: “Biz istəyirik ki, evimizdə sülh olsun. Cənubi Qafqazda inkişaf olsun. Biz region ölkələri olaraq ortaq maraqlarımızı müəyyənləşdirməliyik. Bunun üçünbiz ilk öncə Qafqaz ölkələri olaraq öz aramızda təhlükəsizliyə nail olmalıyıq. Bu gün Azərbaycan buna hazırdır, ölkənin gündəliyində olan sülhdür, inkişafdır...”.

Tahir Mirkişili Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı münasibətlərinin olduğunu da diqqətə çatdırıb: “Şərq Tərəfdaşlığı ölkələri arasında yalnız Azərbaycanın enerji resursları varbiz bunu öz qonşularımızla paylaşmağa, onların da bu imkanlardan istifadə etməsinə icazə verməyə hazırıq”.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının parlament formatı olan Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə təsis edilib. Assambleyada Azərbaycan, Gürcüstan, Ermənistan, UkraynaMoldova təmsil olunur.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.2.