“Yüksəliş”də iştirak
etmək istəyənlər üçün
İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Yüksəliş” müsabiqəsi işçi qrupunun görüşü keçirilib. Görüşdə İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə müsabiqə üçün qeydiyyatdan keçmək istəyənlərə köməklik göstərilib və sualları cavablandırılıb.
Xatırladaq ki,
“Yüksəliş” müsabiqəsi Prezident
İlham Əliyevin 26 iyul
2019-cu il tarixli sərəncamı
ilə intellektual səviyyəsi və
idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər
şəxslərin müəyyən edilməsini, dəstəklənməsini
və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə
təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik
idarəçilik təcrübəsi olan,
ali təhsilli Azərbaycan vətəndaşlarını
əhatə edir. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final mərhələlərindən ibarətdir.
Mədəniyyət.- 2022.- 25
fevral.- S. 4.