Xocalı soyqırımı – XX əsrin
faciəsi
Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə
bölgələrdə anım tədbirləri keçirilir.
Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən “Oğurlanmış talelər” mövzusunda ədəbi-bədii kompozisiya səhnələşdirilib. Tamaşanın ssenarisi yazıçı-publisist Nurəddin Ədiloğluna, quruluşu teatrın rejissoru Cəmaləddin Əliyevə məxsusdur. Masallı Tarix-Diyarşünaslıq Muzeyində isə məktəblilər üçün “Əsrin faciəsi” adlı tarix dərsi təşkil edilib.
Bərdə RMİ Bərdə rayon MKS-nin kitabxana filiallarında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində “Xocalı həqiqətləri” adlı sərgi təşkil edilib. Sərgidə erməni vandalizmini əks etdirən fotoşəkillər, xalqımıza qarşı törədilən cinayətlər və terror aktlarını əks etdirən kitablar sərgilənir. Şəki Heydər Əliyev Mərkəzi və MKS-nin 9 nömrəli filialının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” adlı tədbir təşkil olunub.
Qax Dövlət Rəsm Qalereyasında “Xocalı soyqırımı – qan yaddaşımız” adlı rəsm sərgisi açılıb. Sərgidə uşaq, yeniyetmə və gənc rəssamların 50-dək əsəri nümayiş etdirilir. Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Xocalı – şəhid şəhər” adlı rəsm və kitab sərgisi təşkil olunub.
Gəncə RMİ-nin tabeliyindəki T.Hacıyev adına 2 saylı Uşaq musiqi məktəbində “Xocalı qan yaddaşımızdır” adlı tədbir, Goranboy Dövlət Rəsm Qalereyasında isə “Xocalıya ədalət!” adlı rəsm sərgisi təşkil edilib.
İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət sarayının foyesində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar məktəbli rəsm həvəskarlarının yağlı boya ilə çəkdikləri əsərlərin sərgisi açılıb. Sərgidə Xocalı soyqırımını əks etdirən 60 rəsm əsəri nümayiş olunur.
Şəmkir RMİ Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə şagirdlərin hazırladıqları “Xocalıya gedən yol” mövzusunda kompozisiya və Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
Kürdəmir RMİ Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı tədbir keçirilib. Kürdəmir Dövlət Rəsm Qalereyasında isə faciənin 30-cu ildönümü ilə bağlı həvəskar rəssamların və məktəblilərin əl işlərindən ibarət sərgi təşkil edilib.
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xocalı bir millətin kədəri” adlı film təqdimatı keçirilib. Tədbirdə mərkəzin direktoru Rəna Hacızadə və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında fikirlərini bölüşüblər.
Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Xocalı ağrısından gələcəyə doğru” adlı tədbir keçirilib. N.Nərimanov adına Mədəniyyət Mərkəzi və “Dostluq” mədəniyyət evi ilə birgə təşkil olunan tədbirdə dərnək üzvləri Əli Hüseynov və Aydan Salahovanın ifaları dinlənilib.
C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi, Giləzi qəsəbə Folklor klubu, Şorabad qəsəbə Sənətkarlıq evi və Yeni Yaşma kənd klubunun birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı – unudulmaz faciə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət” adlı anım tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası haqqında söz açılıb.
Ağcabədi RMİ Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Xocalını unutmayaq!” adlı tədbirdə faciə haqqında məlumat verilib, erməni silahlılarının günahsız insanların başına gətirdikləri müsibətlərdən bəhs edilib.
Biləsuvar RMİ Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Soyqırımı” rəsm, Ağstafa RMİ Qazax Dövlət Rəsm Qalereyasında isə “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” başlığı altında kitab sərgiləri təşkil edilib.
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Əsrin faciəsi – Xocalı” adlı sərgi təşkil olunub. Sərgidə oxucular Xocalı faciəsi haqqında kitablar və qəzet materialları ilə tanış olublar.
Lənkəran RMİ Lənkəran şəhər MKS-nin Uşaq şöbəsində “Xocalı soyqırımını unutmayaq!” adlı tədbir keçirilib. Tədbirdə Lənkəran şəhər 7 və 10 saylı orta məktəblərin şagirdləri Vətən haqqında şeirlər səsləndiriblər. Sonra Xocalı faciəsini özündə əks etdirən fotostendə və kitablara baxış olub.
Mədəniyyət.- 2022.- 25
fevral.- S.4.