Soyqırımının 30 illiyinə həsr
olunmuş videokonfrans
Fevralın 24-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə videokonfrans keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi, insanlığa qarşı törədilmiş qətliamdır. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibədə torpaqlarımız düşmən tapdağından azad olunub və Xocalı sakinlərinin qisası alınıb.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək Xocalı soyqırımına həsr edilmiş tədbirlərdən, eləcə də Milli Kitabxananın hazırladığı elektron məlumat bazaları və pandemiya zamanı oxuculara, bölgələrdəki kitabxanalara göstərdiyi xidmətin əhəmiyyətindən danışıblar.
Videokonfransda Azərbaycan
Yazıçılar Birliyinin üzvü Səkinə Turabqızının
“Xocalı ağrısı” (tarixi esselər)
kitabının təqdimatı da olub. Müəllif kitab
haqqında məlumat verib.
Mədəniyyət.- 2022.- 25
fevral.- S.3.