Şuşa – ənənədən gələcəyə”

 

Bakı Milli Geyim Evi dəfilə-sərgi keçirəcək

 

 

 

Bakı Milli Geyim Evi növbəti təqdimatını Şuşaya həsr edəcək. 8 Mart – Beynəlxalq Qadınlar GünüNovruz bayramı ərəfəsində “Şuşa – ənənədən gələcəyə” adlı dəfilə-sərgi keçiriləcək.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli media mənsubları ilə görüşdə bu barədə  ətraflı məlumat verdi. Tədbirdə Qarabağ geyimləri, onun məişətinin ayrılmaz hissəsi olan elementlər ictimaiyyətə təqdim olundu.

Könül Vəlibəyli 14 ili əhatə edən fəaliyyətləri, qarşıdakı layihələr barədə də söz açdı. Bildirdi ki, Bakı Milli Geyim Evi Azərbaycanın milli-mənəvi dəyəri olan geyimlərimizin hazırlanmasında, dünyada tanıdılmasında və təbliğində önəmli rola sahibdir: “Müxtəlif ölkələrdə Azərbaycanı təmsil edən qurumlar və səfirliklərlə əməkdaşlıq sayəsində sərgilər keçirmişik. Həmçinin, istər ölkə daxilində, istərsə də xaricdə bir neçə dəfə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif dövlət tədbirləri, eləcə də rəqs və mahnı ansambllarımız, teatrlarımız üçün milli geyimlər hazırlamışıq. Bu gün Bakı Milli Geyim Evinin hazırladığı libaslar ölkə və dünya muzeylərində sərgilənir...”.

Vurğulandı ki, yarandığı gündən Bakı Milli Geyim Evinin kolleksiyasında önəmli yer tutan dəstlərdən biriŞuşa-Qarabağ geyimləridir: Kollektiv olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərimizə, eləcə də Prezident İlham Əliyev tərəfindən elan olunmuşŞuşa İli”nə ithaf olaraq QarabağŞuşaya aid geyimləri, araqçınları da hazırlayırıq...”.

 

H.Rüstəmova

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.4.