Mədəniyyət paytaxtımız – Qarabağın incisi

 

Gəncə RMİ-nin təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq incəsənət məktəbi və Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Qarabağ süitası” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Goranboy rayon MKS-nin Uşaq şöbəsi Heydər Əliyev parkında “Qarabağın incisiŞuşa” adlı musiqili ədəbi-bədii gecə təşkil edib. Tədbirdə iştirak edən 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Şuşa korifeylərini tanıyaq”, “Şuşa fatehləri” adlı səhnəciklər, hərbi-vətənpərvərlik ruhunda yazılmış şeirlər, mahnılar, “Xarı bülbül”, “Şuşanın dağları”, “Qarabağ Azərbaycandır!” adlı rəqs kompozisiyası təqdim olunub.

 

***

 

Ağstafa RMİ Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən “Şuşa bizim milli sərvətimizdir” mövzusunda tədbirdə mədəniyyət paytaxtımız haqqında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

 

***

 

Xaçmaz RMİ Qusar rayon MKS-nin təşkilatçılığı ilə Qusar şəhər N.Nərimanov adına Mərkəzi parkdaŞuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” adlı tədbir keçirilib. Tədbirdə kitabxanaçılar, fəal oxucular və mədəniyyət işçilərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

***

 

Ağdaş RMİ-nin təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı ümumrayon tədbiri keçirilib. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə və Ağdaş RMİ-nin rəisi Səxavət Məmmədovun da iştirak etdiyi tədbirdə şəhər Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın və Ağdaş rayon Pirəzə kənd Folklor evininTeştikollektivinin ifaları, milli mətbəx və xalçaçılıq nümunələri, Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının ifasında Xurşidbanu Natəvanla Aleksandr Dümanın görüş səhnəsindən ibarət kompozisiya nümayiş etdirilib.

 

***

 

Şəki RMİ Balakən rayon Uşaq incəsənət məktəbində “Şuşa, sən azadsan!” adlı konsert proqramı keçirilib. Konsertdə Şəki RMİ-nin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov çıxış edib.

 

Hazırladı: N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.4.