Gənc xanəndənin ilk
solo konserti
Beynəlxalq Muğam Mərkəzində
(BMM) VI Muğam Televiziya
Müsabiqəsinin Qran-pri
mükafatçısı, mərkəzin solisti Almaxanım Əhmədlinin
solo konserti keçirilib.
28-29 may tarixlərində gerçəkləşən konsert
28 May – Müstəqillik Gününə
həsr olunub.
Anşlaqla keçən konsert proqramında rəngarəng
repertuar təqdim edən gənc ifaçı muğamlar, xalq və bəstəkar
mahnıları, türk
musiqisindən nümunələr
səsləndirib.
Almaxanım Əhmədli peşəkarlıqla,
yüksək duyum və həssaslıqla ifa etdiyi musiqi
nömrələri ilə
tamaşaçıların könlünü oxşayıb. Xanəndənin qəlblərə xitab edən ifası tamaşaçıların gur
alqışları ilə
qarşılanıb.
Musiqidə istedadın ən mühüm göstəricilərindən
biri də, sözsüz ki, ifaçının oxuduğu
əsəri duymasıdır. Gənc solistin
muğam musiqisini və xalq mahnılarımızı
dərindən, bütün
ruhu ilə duyaraq təqdim etməsi onun ilk solo konsertinin uğurlu alınmasında əsas rol oynayıb.
Lalə
Mədəniyyət.- 2022.- 1 iyun.-
S.5.