TÜRKSOY Muzeylər Birliyi Bursada quruldu
Yeni təsis olunan birliyin toplantısına gələn
il Şuşa
ev sahibliyi edəcək
Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY, Türkiyənin UNESCO üzrə Milli Komissiyası və Bursa Böyükşəhər Bələdiyyəsinin
birgə təşkilatçılığı
ilə 26-28 may tarixində
Bursada “Türk dünyası muzeylər görüşü” keçirilib.
TÜRKSOY-un
təşəbbüsü ilə 2013-cü ildən keçirilən ənənəvi
toplantıya bu dəfə 2022-ci ilin “Türk Dünyasının
Mədəniyyət Paytaxtı”
Bursa ev sahibliyi
edib. “Türk dünyası muzeylərində
qeyri-maddi mədəni
irs” mövzulu görüşə Türkiyə,
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Şimali Kipr, Rusiya Federasiyasının Tuva və Tatarıstan respublikaları, eləcə
də Serbiya, Makedoniya, Macarıstan, Əfqanıstan və İraqdan muzey mütəxəssisləri
və rəhbərləri
qatılıblar.
Tədbirdə ölkəmizi Azərbaycan
Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Mədəniyyət
Nazirliyi Muzey və daşınar mədəni irs
sektorunun aparıcı
məsləhətçisi Kənan Hüseynov təmsil ediblər.
Toplantıda müxtəlif ölkələrdən
muzey rəhbərləri
və mütəxəssislərin
ümumilikdə 50-dən çox
məruzəsi təqdim
edilib. Şirin Məlikova “Azərbaycan
Milli Xalça Muzeyində Türk dünyasının ortaq mirası olan xalçaçılıq sənətinin
yaşadılması və
tanıdılması” mövzusunda
çıxış edərək,
iştirakçılara ölkəmizin
xalçaçılıq sənəti və muzeyin fəaliyyəti haqqında məlumat verib.
Türk dünyası ölkələri
arasında muzeyşünaslıq
sahəsində qarşılıqlı
məlumat mübadiləsi,
təcrübə mübadiləsi
və əməkdaşlığı
təmin etmək məqsədilə təşkil
edilən görüşdə
TÜRKSOY Muzeylər Birliyinin
yaradılması istiqamətində
də mühüm addım atılıb. Tədbirin son günündə TÜRKSOY Muzeylər
Birliyinin təsis toplantısı olub.
Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi Muzeylər şöbəsinin
müdiri, Beynəlxalq
Muzeylər Şurası
(İCOM) Türkiyə Milli
Komitəsinin sədr müavini Bülent Gönültaş TÜRKSOY-un bu
təşəbbüsünə hər cür dəstəyi verməyə
hazır olduqlarını
bildirib. O, birliyin koordinatorluğunun cari il üçün
Türkiyə tərəfindən
həyata keçirilməsini,
2023-cü il üçün
“Türk Dünyasının
Mədəniyyət Paytaxtı”
seçilmiş Şuşa
şəhərində keçiriləcək
növbəti iclasda Azərbaycan Mədəniyyət
Nazirliyinə təhvil
verilməsini təklif
edib. Birliyə koordinatorluğun növbə ilə “Türk Dünyasının
Mədəniyyət Paytaxtı”
missiyasını qəbul
edən ölkələr
tərəfindən davam
etdirilməsi təklifi
də razılıqla
qarşılanıb.
Toplantının sonunda
razılaşdırılan məsələlər bəyanat
şəklində hazırlanaraq iştirakçıların
imzasına təqdim edilib. TÜRKSOY Muzeylər
Birliyinin növbəti
toplantısının 2023-cü ildə “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” Şuşa şəhərində
keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2022.- 1 iyun.-
S.1.