Rostropoviçlərin ev-muzeyində Firəngiz Əlizadənin yubileyi qeyd edilib

 

LeopoldMstislav Rostropoviçlərin Ev-Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin 75 illiyi təntənəli şəkildə qeyd olunub.

 

Muzeyin icraçı rəhbəri Günay Əliyeva, Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova çıxış edərək bəstəkarı yubiley münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən söz açıblar.

 

 “Azərbaycan dünyası” jurnalının təsisçisi, “Dədə Qorqudmilli fondunun rəhbəri Eldar İsmayılov yubilyar bəstəkarı fondunMehriban anaordeni ilə təltif edib.

 

Sonra konsert proqramı təqdim edilib. Prezident təqaüdçüləri, beynəlxalq respublika miqyaslı müsabiqələr laureatları Ş.Ağazadə, Ş.Rəsulova, N.Həsənli, A.Rüstəmzadə Rostropoviçlərin ev-muzeyinin əməkdaşı, Prezident təqaüdçüsü, bəstəkar Vüqar MəmmədzadəninKvartet üçün yazılmış əsər”ini, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləribeynəlxalq müsabiqə laureatları Nuranə Salamova Fərid Zeynalov Q.QarayevinPrelüd”, K.Debussinin  Sevinc adası”, X.Zeynalovanın  Qarabağ süitası”, F.Şopenin  Etüd”, F.Sayın “Kara toprakəsərlərini ifa ediblər.

 

Tədbirdə Paris şəhərində keçirilmiş M.Rostropoviç adına violonçel müsabiqəsindən, M.Rostropoviçin Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Əlizadəninİthafəsərinə dirijorluq etdiyi konsertdən görüntülərin olduğu qısa film nümayiş olunub.

 

Qonaqlar muzeyin fondunda F.Əlizadənin yaradıcılığı ilə bağlı olan eksponatların (“İntizaroperasının bukleti, “Habilsayağıəsərinin notları proqramı, “Kronos - Quartet” ansamblının ifasındaMuğamsayağıoperasının diski, afişa s.) yer aldığıİnci bəstələradlı sərgi ilə tanış olublar.

 

Göstərilən diqqətə görə minnətdarlığını bildirən Firəngiz Əlizadə Rostropoviçlərin ev-muzeyinin onun üçün xüsusi bir məkan olduğunu söyləyib: “Biz fəxr edirik ki, belə bir dahi məhz Bakıda dünyaya gəlib. Ölkəmizə gələn bütün görkəmli musiqiçilər M.Rostropoviçin doğulduğu bu evi ziyarət edirlər. İnanıram ki, bundan sonra da belə olacaq”.

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.5.