Azərbaycanın qızılgül ətirləri
Paris sərgisində
Parisdə Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən SİMPPAR sərgisində Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti ölkəmizi təmsil edib.
Zaqatala rayonunda fəaliyyət göstərən “Lecheq Farm & Distillery” MMC sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirib. Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağlar ətir istehsalçılarının diqqətini cəlb edib. Bəzi mütəxəssislər Azərbaycan lavandası yağının xüsusi ətir nüansına malik olduğunu vurğulayıblar.
Fransanın ətriyyat üzrə mütəxəssisləri Azərbaycandan gələn bitki yağları ilə maraqlanaraq, əməkdaşlıq təklif ediblər. “Lecheq Farm and Distillery” şirkətinin nümayiş etdirdiyi 50 illik qızılgül yağı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
SİMPPAR ətriyyat sənayesi sahəsində
Avropanın ən böyük peşəkar
sərgisidir. 1-2 iyun tarixlərində keçirilən builki
sərgiyə 100-dən çox ölkədən
ətir sənayesi üçün xammal istehsal edən
tanınmış brendlər qatılıb. Azərbaycan
şirkətinin də dünyada
tanınmış və aparıcı kosmetika,
aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə
çevrilməsi təsadüfi deyil.
Respublikamızda hələ sovet
dövründə istehsal olunan
qızılgül yağı müxtəlif ölkələrə
ixrac edilirdi.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.8.