Akademik Musiqili Teatr balaca tamaşaçıları sevindirib

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 iyunUşaqların Beynəlxalq Müdafiəsi Günündə balacaları sərgi tamaşa ilə sevindirib.

 

Teatrda UAFA – Azərbaycana Birgə Yardım Təşkilatının xeyriyyə layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan (fiziki qüsurlu) uşaqlarınQarabağ uşaqların gözü iləadlı sərgisi açılıb.

 

Sərgini uşaqlarla birlikdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıb. Sərginin kuratoru, teatrın baş rəssamı Vüsal Rəhim, layihənin koordinatoru Zəhra Xələfova Aysel Əmirovanın bələdçiliyi ilə sərgiyə baxış keçirilib.

 

Layihədə iştirak edən uşaqlara teatrın adından həvəsləndirici diplomlar təqdim edilib.

 

Sonra uşaqlarQırmızıpapaq Redmuzimüziklinə baxıblar. Ş.Perronun məşhur  Qırmızıpapaqnağılının motivləri əsasında hazırlanan tamaşanın libretto müəllifi quruluşçu rejissoru Zəhra Quliyevadır.

 

Vətənuşaq teatr-studiyası ilə teatrın birgə layihəsi olan tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynovadır. “Vətənstudiyasının üzvləri Adelya Osmanova (Redmuzi), Əzizə Həsənzadə (Qırmızıpapaq), eləcə Ellada Sarvan, Beyrək Rüstəmzadə, Yaqut Bədəlova başqaları müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxıblar. Teatrın aktyorları Əmrah Dadaşov Hüseyn Əlili onlarla eyni səhnəni bölüşüblər.

 

Balaca tamaşaçılar teatrdan xoş təəssüratla ayrılıblar.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.3.