“Dünyanın hər yerində xoşbəxt
olsun uşaqlar”
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi “NUR Art House” qalereyasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirib.
Tədbiri muzeyin elmi işçisi İradə Vəliyeva açıb. Sonra direktor Lalə Abaszadə muzeyin fəaliyyəti haqqında danışıb.
Tədbirdə 45 nömrəli tam orta məktəbin nəzdində Aygün Zamanlının rəhbərliyi ilə fəaliyyət göstərən “Aytam” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin dərnək üzvləri, 10 nömrəli Şuşa məktəbinin 3-6-cı sinif şagirdləri mahnı və şeirlər oxuyublar.
“NUR Art-House” qalereyasının əməkdaşı Lalə Mustafayeva məktəblilərə mədəni irsimizin incilərindən sayılan Azərbaycan xalça sənəti haqqında məlumat verib.
Sonda uşaqlara
hədiyyələr təqdim edilib.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.3.