VIII Muğam Televiziya Müsabiqəsi davam edir

 

Heydər Əliyev Fondu Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi finala doğru davam edir.

 

Müsabiqənin icraçı rəhbəri, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, müsabiqənin artıq 4-cü həftəsiMədəniyyətkanalı vasitəsilə muğamsevərlərə təqdim olunur. Hər həftənin çərşənbə axşamı cümə axşamı günləri Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq yayımlanan müsabiqə 31 may tarixində Ağdamdan efirə çıxıb. İyunun 2-də isə iştirakçılar Tərtərin qonağı olublar. 18 nəfər böyük yaş qrupu 10 məktəbli ifaçının qatıldığı müsabiqədə 25 iştirakçı mübarizə aparıb.

 

İ.Fəhmi dedi ki, növbəti həftələrdə müsabiqə Bakıətrafı qəsəbələrdə çəkilişlərlə tamaşaçıların görüşünə gələcək.

 

Qeyd edək ki, mayın 10-da başlanan müsabiqədə ifaçıları Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov Əməkdar artist Fərqanə Qasımovadan ibarət münsiflər heyəti qiymətləndirir.

 

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.1.