“Mədəni
gənclik” Akademik
Opera və Balet Teatrında
Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsinə bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
ev sahibliyi
edib. Layihəyə qoşulan Bakı Dövlət Universitetinin tələbələri mayın
31-də teatrda Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettasına tamaşa ediblər.
Əməkdar incəsənət xadimi
Hafiz Quliyevin quruluşunda,
Əməkdar incəsənət
xadimi Sevil Hacıyevanın dirijorluğu
ilə hazırlanan musiqili komediya maraqla qarşılanıb.
Gənclər dahi Üzeyir bəyin ölməz musiqisindən zövq almaq, tacir Əsgərlə
bəy qızı Gülçöhrənin sevgisinə
şahid olmaq, eyni anda 4 cütlüyün
toyu ilə başa çatan məzəli hadisələrə
tamaşa etmək imkanı qazanıblar.
Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr
“Mədəni gənclik”
layihəsi çərçivəsində
qatıldıqları tədbirlərin,
o cümlədən “Arşın
mal alan” operettasının onların
mədəni zövqünə
təsir etdiyini bildiriblər.
Xatırladaq ki, gənclərin incəsənətə marağının
artırılmasını əsas
məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək. Layihə çərçivəsində
tələbələrin izləyəcəyi
növbəti tamaşa
iyunun 7-də Akademik Musiqili Teatrda “O olmasın, bu olsun” operettası olacaq.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.5.