MEMİM-in təşkilatçılığı ilə ustad dərsləri və tamaşa nümayişi

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə regional mədəniyyət idarələrinin (RMİ) tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün ustad dərsləri davam edir.

 

Növbəti ustad dərsləri 31 may – 2 iyun tarixlərində Sabirabad RMİ-nin tabeliyindəki uşaq musiqi məktəblərinin fortepianomusiqi nəzəriyyəsi müəllimləri üçün təşkil edilib.

 

Ustad dərslərini musiqi nəzəriyyəsi ixtisası üzrə Azərbaycan Milli Konservatoriyası və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Təranə Yusifovafortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Həsənova tərəfindən aparıblar.

 

Ustad dərslərində musiqi nəzəriyyəsi ixtisasına aid elementar nəzəriyyə, ladlar, Azərbaycan xalq musiqisinin əsasları, fortepiano ixtisası üzrə aşağı və yuxarı siniflərdə iri formalı əsərlərin, fortepiano ansambllarının öyrənilməsi, polifoniya, klassik əsərlərin tədrisi ilə bağlı müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılıb.

 

Eyni zamanda Sabirabad şəhərindəki Heydər Əliyev parkında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Məzuniyyət” adlı teatr tamaşasının nümayişi təşkil edilib. “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başlayan və Vətən torpaqları uğrunda gedən döyüşlərdən bəhs edən tamaşa Beyləqan “Gənclik” xalq teatrının heyəti tərəfindən səhnəyə qoyulub.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.1;2.