“Sonuncu”
filmi növbəti beynəlxalq festivalda
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal
olunmuş “Sonuncu” sənədli filmi iyunun 6-11-də Polşada,
41-ci Koszalin Debüt Filmləri Festivalında nümayiş olunacaq.
Ekran işi
“Gənclər və kino” adı altında keçirilən
festivalın qısametrajlı
filmlər üzrə
müsabiqə proqramında
iştirak edəcək.
Baş prodüseri Arzu Əliyeva, prodüserləri
Orman Əliyev və Nazim Hüseynov,
rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira
Əyyub və Fariz Əhmədov, quruluşçu operatoru Mateuş Çuxnovski (Polşa) olan film Xəzər dənizindəki
Kürdili adasının
sonuncu sakini Vitali Pronindən bəhs edir.
Qeyd edək ki, “Sonuncu” ötən il premyerasını
50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, bir sıra
festivallarda iştirak edib. Ekran işi
Bosniya və Herseqovinada keçirilən
15-ci “Jahorina Film Festivalı”nda,
Polşada keçirilən
“OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında,
5-ci “DokuBaku” Beynəlxalq
Sənədli Film Festivalında
mükafatlara layiq görülüb.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.8.