“Azərbaycanım” uşaq
rəsm festivalı başa çatıb
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanım” V Respublika uşaq rəsm festivalı 27-28 may tarixlərində iştirakçıların pleneri və qaliblərin mükafatlandırılması ilə başa çatıb.
Qeyd edək ki, ənənəvi festival bu dəfə “Şuşa İli”nə töhfə olaraq keçirilib. Festival çərçivəsində, ötən illərdə olduğu kimi, üç yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaş) üzrə müsabiqələr keçirilib və 18-21 may tarixində Xətai Sənət Mərkəzində müvafiq sərgilər təşkil edilib. Bu sərgilərdə əl işləri seçilən 30-dək müəllif festivalın yekun mərhələsinə dəvət olunmuşdu.
Festivalın 15 yaşadək və 16-21 yaş arasında iştirakçılarının pleneri iki gün ərzində Xətai Sənət Mərkəzinin qarşısında açıq havada keçirilib.
Hər plenerdə iştirakçılar açıq havada rəsmlər çəkdikdən sonra ARİ-nin üzvü Gündüz Həbibov ustad dərsi olaraq akvarel texnikası ilə etüd təqdim edib.
Sonda əl işləri
qiymətləndirilib və qaliblər elan
olunub. İkigünlük
plenerin nəticəsi olaraq
1-ci, 2-ci və 3-cü yerlər üzrə ümumilikdə 10
nəfər mükafatlandırılıb.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.2.