Firəngiz Əlizadənin yubileyinə həsr
olunmuş festival kamera konserti ilə
başladı
Xəbər verdiyimiz kimi, iyunun 1-dən 4-dək çağımızın görkəmli bəstəkarı, Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə musiqi festivalı keçirilir.
Festival çərçivəsində iyunun 1-də Beynəlxalq Muğam Mərkəzində bəstəkarın kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim edildi.
Konsertdən əvvəl Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin icraçı direktoru Günay Əliyeva bəstəkarı yubileyi münasibətilə təbrik etdi, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi dünyada tanıtmasından və əsərlərindən söz açdı.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Əliyeva səhnəyə çıxaraq yubilyarı rektor Fərhad Bədəlbəylinin adından təbrik edərək sənətkarın musiqi mədəniyyətimizdəki xidmətlərindən danışdı.
Çıxışlardan sonra söz musiqiyə verildi. Beş kamera-instrumental əsərin
yer aldığı proqramı Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri təqdim etdi. Hər bir əsərin ifasından əvvəl onun haqqında məlumat verildi.
“Deyişmə II” əsərini
müəllif 2005-ci ildə
yazıb. Əsər Almaniyada “Morgenland”
festivalı tərəfindən
sifariş olunub və açılış
mərasimində ifa edilib. Kontrabas ifaçıları üçün yazılan
və ən çətin hesab edilən əsər müsabiqə proqramlarına
salınır. “Deyişmə II” Bakıda
ilk dəfə səslənirdi
və Türkiyənin
tanınmış kontrabasçısı
Onur Özkayanın ifasında alqışlarla
qarşılandı.
Konsertdə ifa edilən “Oyan” isə Parisdə keçirilən
M.Rostropoviç adına VIII Beynəlxalq
violonçel ifaçılarının
müsabiqəsi üçün
sifariş edilib və bağlanış mərasimində ifa olunub. Əsər Bakıda ilk dəfə
isveçrəli ifaçı
Marcis Kuplaisin interpretasiyasında səsləndi.
Musiqi axşamında
ifa edilən “Methamorfosis”, “Sirius” və
“Dance” əsərləri də
tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Lalə
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.3.