Uzaqdan düşən işıq

 

Xəbər verdiyimiz kimi, mayın 28-də Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası oldu. Əslində, bu mövzuda səhnə əsərini çoxdan gözləyirdik. Hətta qısa müddət öncə bu barədə geniş polemika da açıldı. Bu mənada məşhur dramaturq, teatr nəzəriyyəçisi Bertold Brextin “Yazıçılar hökumətlərin döyüş etdikləri qədər sürətli yaza bilməzlər, çünki yazmaq düşünməyi tələb edirfikri ilə qismən razılaşsam da, könül tarixi Zəfərimizin, qəlbimizdə qürur dağının zirvəsində dayanan İkinci Qarabağ savaşının səhnə, sənət təzahürünü istəyir. Elə Akademik Milli Dram Teatrının premyerasına da bu şövq emosional ruh halında getmişdim.

 

Müəllifi quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov olan tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Anar Heybətov, Ayşad Məmmədov, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Elnar Qarayev, aktyorlar Elçin Əfəndi,  İlahə Həsənova, Xədicə Novruzlu, Rada Nəsibova, İlyas Əhmədov, Afət Məmmədova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Cavidan Novruz, Vüsal Mustafayev başqaları çıxış edirdilər. Musiqi tərtibatını Xalq artisti Siyavuş Kərimi, səhnə tərtibatını Azər Paşa Nemətov Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu verib, rejissor Emil Əsgərov verib.

 

Tamaşa foyedən başladı. Teatrın əsas zalının foyesindən. Foyedə bayaqdan var-gəl edən, tamaşaçılara qoşulan aktyorlar səsgücləndiricidən eşidilən xəbər-elanı eşidən kimi mərkəzə toplaşdılar.

 

Dövlət başçısının 27 sentyabr 2020-ci il tarixli çıxışından bir parçanın səslənməsi ilə tamaşa zaldan səhnəyə daşındı. Səfərbərlik, hər yerdən Vətənin keşiyinə axışan insanlar (aktyorlar) “Məni siyahıya yazın”, “Ön cəbhəyə getməyə hazıram”, “Şükür, qisas zamanı yetişdikimi şüarlarla səhnənin mərkəzində qoyulan masanın arxasında əyləşən hərbçiyə yaxınlaşıb savaşa atılmaq istəklərini bildirirdilər.

 

Səhnədə qurulmuş iri monitorda tez-tez mətnə, dialoq ümumi dramaturji ardıcıllığa uyğun olaraq foto video kadrlar, ölkə başçısının çıxışlarından parçalar verilirdi. Sağ sol kulisi bağlayan iri xəritə hadisələrin məkan gedişini göstərmək üçün fon effekti ilə işıqlandırılır, bu isə tərtibçilərin maraqlı həlli kimi diqqət çəkirdi.

 

Tamaşa boyu müharibəyə yollanan azərbaycanlı oğulların şücaəti, ön cəbhənin həyəcanı, arxa cəbhədəkilərin nigarançılıq sevincini paralel yaşadıq. Xüsusən qalibiyyətlə bərabər gələn oğul, qardaş, ər, ata itkisinin ağırlığınıyaxın keçmişdə şahidi olduğumuz hadisələri bu dəfə səhnədə izlədik.

 

Düzdür, bu təbii bəzən statik təqdimatı təsirli qılan amil güclü idi. Vətən, müharibə, haqq savaşı, qisasın qiyamətə qalmamağının sevinci bunun fonunda tamaşaçı olaraq həyəcanımızın səhnə ilə tarazlığı. Amma, düşünürəm ki, ədəbi materialı qüvvətləndirə, səhnə əsərinə bədii təxəyyülün zənginliyi ilə istənilən qədər təsirli məqamlar, onların rejissor yozumunu qatmaq olardı. Özü istənilən halda o cəhdlər baxımlı alınacaqdı. Çünki nüvəsində vətənpərvərlik, yeni çağırış ruhu əzm var idi.

 

Tamaşanın xüsusilə musiqi həllini, eyni zamanda quruluşçuların bu əzəmətli musiqi ilə səsləşən cəhdlərini qeyd etməliyik. Amma yetərli idimi?...

 

Albert Eynşteyn deyir ki, əksər insanlar səhv etməkdən qorxaraq yeni heç etmirlər, amma bundan qorxmaq lazım deyil. Bu mənada tamaşanın yaradıcı heyəti döyüşə (özü sonunu düşünmədən) atılan cəngavər timsalında idi. Odur ki, səhnə işinə, müəyyən məqamları çıxsaq, əslində, tamaşa-kompozisiyaya fərqli rakursdan baxmaq məcburiyyətindəyik.

 

Zəfər yolu”nun ən təsirli təbii səhnəsi Vaqif kişinin (Xalq artisti, şəhid atası Əli Nur) oğlunun şəhadət xəbərini alması idi. Bu səhnədə tamaşa salonundakı hər kəs müharibə zamanı oğlunun tabutu üzərinə sərilən bayrağı öpüb, gözləri üstünə qoyan yüzlərlə atanın ağrısını iliyinə qədər hiss etdi. Tamaşaçı göz yaşlarına hakim ola bilmədi, Vətən müharibəsində oğlunu itirmiş aktyor da hisslərinə.

 

Turan kişi (Nurəddin Mehdixanlı) isə haqq yoluna hamılıqla, bir an  belə düşünmədən ölməyə hazır olmağımızın qətiyyəti, dönməzliyi idi. Aktyor qisas gününü həsrətlə gözləyən vüsalına yetişən sevdalı kimi roluna xoşbəxtlik,  qıvraqlıq həyəcan qataraq tamaşaçısına ötürdü.

 

Səhnə əsərində kövrək, həssas, qayğıkeş, fədakar, zərif və həm də güclü, dözümlü, mətin Azərbaycan qadını müxtəlif obrazların simasında maraqlı bir ansamblda təqdim olunmuşdu. Sadə evdar qadın Fatma xala (Mətanət Atakişiyeva), doğma torpağına qovuşmaq hissi ilə alışıb-yanan Səkinə ana (Hicran Nəsirova), oğlunu onu itirmək hissinin əzablı qanadlarında yola salan Mehriban müəllimə (Afət Məmmədova; onu da deyim ki, aktrisa bu truppada ilk dəfə çıxış etməsinə rəğmən səhnəyə və tamaşaya hakimliyi ilə diqqəti cəlb etməyi bacardı), eləcə də gözü yolda, qulağı səsdə olan digər qadınlar – bacılar, həyat yoldaşları...

 

Bu tamaşada teatrın nisbətən ortayeni nəsil aktyorlarının bəzilərinin fiziki baxımdan yetərsiz (xüsusən Şuşanın sıldırım qayalarına qalxan xüsusi təyinatlıların səhnə obrazını yaradanlar) olduqları da aydın göründü.

 

Tamaşada savaş səhnələrinin hərəkətverici qüvvəsi təsirini yaratmaq üçün seçilən qərarverici personajların (Elşən Rüstəmov, Ayşad Məmmədov) təqdimatı da sönük təsir bağışladı.

 

Tərtibat məsələsində akademik teatrın səhnə imkanlarından, xüsusən təsvir çalarlarından bəhrələnmə gözə az dəydi. Tamaşaçı müharibə və Zəfər arasındakı  zaman tunelində harmonik əvəzlənməni tam izləyə bilmədi.

 

Bu qəbil fikirləri davam etdirmək də olar. Amma tamaşanın əvvəlindən sonunadək birmənalı qarşılanmayan məqama toxunmaqla fikrimi tamamlamaq istəyirəm.

 

Qalibi olduğumuz bu haqq savaşı hamımızın idiorada Azərbaycanın bütün bölgələrindən igidlər vuruşdular. Tamaşadakı personajların təqdimatında bunun dolğun səhnə həllini görə bilmədik.  Odur ki, belə mövzulu əsər və səhnə işlərində bütün incə məqamları gözdən keçirməkdə fayda var...

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.5.