Gəncədə Aşıq müsabiqəsinin
yekun konserti keçirilib
Gəncə RMİ-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi və “Kəpəz” müstəqil teleradio şirkətinin dəstəyi ilə “Şuşa İli” çərçivəsində keçirilən Aşıq müsabiqəsinə yekun vurulub.
Müsabiqənin yekun konserti Gəncədəki Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Sarayında gerçəkləşib.
Bu ilin aprel ayından başlayan müsabiqənin seçim turları Azərbaycanın aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Mikayıl Azaflı və Xalq şairi, Aşıqlar Birliyinin sabiq sədri mərhum Zəlimxan Yaquba həsr olunub.
8-15 yaş, 15-24 yaş və 24-30 yaş kateqoriyası üzrə keçirilən müsabiqədə Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Kəlbəcər, Samux, Tovuz, Göygöl, Xocalı rayonlarından 100-ə yaxın gənc aşıq iştirak edib.
Müsabiqədə I yeri (8-15 yaş) Məhəmməd İsmayılzadə, II yeri (15-24 yaş) Vətən müharibəsi qazisi Azər Vəliyev, III yeri isə (24-30 yaş) İbadət Mehdiyev qazanıb.
Gəncə RMİ-nin rəisi Vasif Cənnətov müsabiqədə uğur qazanan aşıqları təbrik edib.
Yekun konsertdə müsabiqənin
qaliblərinə fəxri fərmanlar, diplomlar
təqdim olunub və Gəncə RMİ tərəfindən
saz hədiyyə edilib.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.4.