Şuşanın tarixi
abidələrini əks etdirən rəsmlər
Tarix Muzeyinin
kolleksiyasında qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında vaxtilə AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru olmuş Qəzənfər Əlizadənin Azərbaycanın bir çox dilbər guşələrini əks etdirən rəsm əsərləri mühafizə olunur.
Muzeydən bildirilib ki, bu nümunələr arasında görkəmli memar-rəssamın Şuşa şəhərinə həsr olunmuş “Gövhər ağa məscidinin qoşa minarəsi” və “İbrahimxəlil xanın qalası” adlı əsərləri də var. Muzeyin Təsviri materiallar fondunda qorunan həmin əsərlər müəllif tərəfindən təxminən 1950-ci illərdə çəkilib.
Geniş yaradıcılığa malik memar-rəssam Q.Əlizadə şəhər memarlığına da töhfələr verib, onun layihələri əsasında 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrının binası, 1960-cı ildə isə “Azərbaycanfilm” Kinostudiyasının əsas binası inşa edilib.
Təqdim olunmuş təsviri
sənət nümunələri Şuşa
memarlıq abidələri və incəsənətinin tədqiqi
baxımından əhəmiyyət kəsb edir.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.6.