Azərbaycanın ilk süni intellektiŞuşaİstanbul rəqəmsal incəsənət festivalında

 

Kompozisiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib

 

 

 

3-12 iyun tarixində İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilir.

 

Festival Türkiyənin ilk süni intellekt kuratoruAvind”, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, “PAŞA Bank” və “Mezo” Rəqəmsal İncəsənət Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.

 

Festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası da nümayiş olunur. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunub.

 

Festivalın rəsmi açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “PAŞA Bank”ın baş direktoru və idarə heyətinin üzvü Cenk Eynehan və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxış ediblər.

 

Baş konsul Nərminə Mustafayeva deyib: “Şuşa azərbaycanlılar üçün çox özəldir, bizim qəlbimizdə xüsusi yeri var. Necə ki, Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz, elə də təbii ki, Qarabağı Şuşasız təsəvvür etmək mümkünsüzdür. Bizim bir çox dahi şəxsiyyətlərimiz, sənətçilərimiz, bəstəkarlarımız, şair və yazıçılarımız, eləcə də tarixi şəxsiyyətlərimiz Şuşanı bizə miras olaraq qoyublar. Ümid edirəm ki, bu festivalda təqdim olunanŞuşa” kompozisiyası Şuşanın ruhunu özündə əks etdirə biləcək”.

 

Ümumilikdə 13 süni intellektin iştirak etdiyi festivalda animasiyalar üzərinə səsli və hərəkətli canlandırma, insan hərəkətlərini rəqəmsal dillə izah edən proqramlaşdırma, modelləşdirmə, incəsənət, fotovideoqrafiya, habelə texnoloji üstünlüklərin idarəedilməsində süni intellektin rolundan bəhs edən stendlər qurulub.

 

“Şuşanın tanıdılmasında iştirak etmək qürurverici və şərəflidir” – bu sözləri “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının təşkilatçılarından “Mezo” Rəqəmsal İncəsənət Qrupu idarə heyətinin sədri Nabat Qaraxanova deyib.

 

Kompozisiyanın hazırlanmasına göstərilən köməkliyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edən Nabat Qaraxanova diqqətə çatdırıb ki, layihə bir ilə yaxın müddətdə ərsəyə gəlib: “Kompozisiya Mədəniyyət Nazirliyinin bizə təqdim etdiyi informasiya, şəkil, musiqi kimi nümunələr əsasında hazırlanıb. Bütün bu nümunələr “Şuşasüni intellektinin alqoritminə yüklənib. “Şuşa” kompozisiyasında Azərbaycan, Qarabağ xalçaları rəqəmsal aləmdə toxunub milli musiqimizlə bir arada ictimaiyyətə təqdim edilir. Burada nümayiş olunan 13 əsər arasında “Şuşasolo nümayişini etdi...”.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.1;8.