“Şuşa İli” çərçivəsində
şagirdlər arasında muğam
festivalının II turu keçirilib
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində müvafiq tədbirlər planına uyğun olaraq, Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.
Ayrı-ayrı
rayonlar üzrə seçim mərhələsindən sonra
5-6 iyun tarixlərində Bakıdakı Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbində uşaq musiqi və
incəsənət məktəbləri şagirdlərinin muğam festivalının II turu
keçirilib.
Şagirdlərin
çıxışlarını festivalın münsiflər
heyəti – Azərbaycan Dövlət Akademik
Opera və Balet
Teatrının solisti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) müəllimi, Xalq artisti Gülyaz
Məmmədova, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov və ADMİU-nun Muğam sənəti kafedrasının dosenti, Əməkdar artist
Zakir Əliyev qiymətləndirib.
Yaxın günlərdə festivalın qala-konserti
və qaliblərin mükafatlandırılması mərasimi
keçiriləcək.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.2.