14 saylı
Musiqi məktəbinin
hesabat konserti
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
14 saylı Uşaq musiqi məktəbi “Şuşa İli”nə həsr edilmiş “Vətənim, Azərbaycanım,
Şuşam!” adlı
hesabat konserti ilə çıxış
edib.
İdarədən bildirilib ki, şagirdlərin ifasında
Azərbaycan bəstəkarlarının
əsərləri, eləcə
də xalq mahnıları səslənib. Xor kollektivi,
“Ada” instrumental ansamblı
və nağaraçalanlar
ansamblı, həmçinin
birinci sinif şagirdlərindən ibarət
xalq çalğı
alətləri ansamblının
çıxışları alqışlarla qarşılanıb.
“İpək yolu”
kamera orkestrinin iştirakı konsertə xüsusi rəng qatıb. Əməkdar artist Vaxtanq İmanovun bədii
rəhbərliyi və dirijorluğu ilə
peşəkar musiqiçilər şagirdləri həvəslə
müşayiət ediblər. VII sinif şagirdi Aqşin Məmmədlinin
ifasında F.Sücəddinovun “Vətən balladası” konsertin ən yaddaqalan
nömrələrindən olub.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.2.