“Qarınqulu”
ilk tammetrajlı animasiya
filmimiz olacaq
Ölkəmizin animasiya filmləri tarixində ilk dəfə
“Qarınqulu” adlı tammetrajlı animasiya filmi təqdim ediləcək. Bu barədə
Mədəniyyət Nazirliyi
Audiovizual və interaktiv media şöbəsinin
sektor müdiri Rüfət Əliyev məlumat verib.
Ölkəmizdə uşaq filmlərinin istehsalının daha çox diqqətdə saxlanılmasının vacibliyindən danışan R.Əliyev bu sahəyə yeni mütəxəssislərin cəlb edilərək bütün istehsalat prosesinin Azərbaycanda aparılmasının prioritet məsələ olduğunu vurğulayıb: “Animasiya filmlərinin hazırlanması prosesində texniki imkanlar Azərbaycanda istədiyimiz kimi olmadığına görə biz bu işi tamamlamaq üçün layihəni xarici ölkələrə göndərməli oluruq. Amma məqsədimiz bu işi tam olaraq Azərbaycanda təşkil etməkdir”.
Sektor müdiri
hazırda animasiya sahəsi üzrə
ölkəmizdə 20-yə yaxın peşəkar mütəxəssisin
olduğunu diqqətə
çatdırıb. Bildirib ki, hazırda “Qarınqulu” tammetrajlı animasiya filmi ilə
bağlı müvafiq işlər görülür: “Layihə davam
etdikcə, bu prosesdə iştirak
edənlərin sayı daha da artacaq. Ümid
edirəm ki, bu,
ölkəmizdə müvəffəqiyyətli layihə olacaq və həmçinin filmi
tanınmış aktyorlarımız səsləndirəcək”.
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.5.