Sabirin 160 illiyi adını daşıyan
kitabxanada qeyd edilib
Böyük satirik şair, maarifpərvər ziyalı
Mirzə Ələkbər
Sabirin (1862-1911) anadan olmasının 160 illiyi münasibətilə şairin
adını daşıyan
Bakı şəhər
kütləvi kitabxanasında
tədbir keçirilib.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsindən
bildirilib ki, tədbirdə kitabxananın
direktoru Aliyə Kərimova qonaqları salamlayaraq əvvəlcə
Sabir satiraları əsasında hazırlanan
slaydı iştirakçılara
təqdim edib.
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işçiləri
Zarema Abdullayeva və Rahilə Sadıqova muzeyin “Sabir guşəsi”ndə nümayiş olunan eksponatlardan danışıb
və təqdim etdiyi slaydla muzeyə virtual ekskursiya təşkil ediblər.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin
böyük elmi işçisi Yeganə Məmmədova çıxış
edərək şairin
“Molla Nəsrəddin”
jurnalındakı fəaliyyəti
və Mirzə Cəlillə dostluq münasibətlərindən danışıb.
Gənc satirik şair Əlibəy Məmmədli
Sabirin “Kəndli və axund” dialoq üslublu satirasını obrazlı
səsləndirib. O qeyd edib ki, M.Ə.Sabirin
nə dediyini düzgün anlamaq və anlatmaq üçün onun əsərlərini yeni nəsillərə daha çox oxutmaq, həmçinin oxuduqlarını
doğru izah etmək lazımdır.
Tədbirdə şairin nəvəsi,
Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda
Tahirli çıxış edərək bildirib ki, Sabiri
yaşadan xalqın, millətin sevgisi və ona verdiyi dəyəridir.
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.3.