Bir tənhanın göz yaşında durulmaq

 

İndi teatrla məşğul olmaq, bunu mənəviyyat məsələsinə çevirmək elə də asan deyil. Çünki səhnə sənəti ümumilikdə yaradıcı sənaye kontekstində bəlkə də ən az gəlirli sahədir.

 

Dünyanın qlobal iqtisadi böhranlaçilingağac oynadığı” bu çətin vədədə lap dərvişlik kimidir bu . Sizi bilmirəm, amma mən qolunu bu işə görə çırmayanların əvəzinə də bir hovur darıxıb, bir çəltik yanıb-yaxılandan sonra onlara uğur arzulayıram. Ən azı çəpik çalanların səsi daha gur, qan-tərə batan səhnədəkilər və onlardan da çox təntiyən səhnə arxasındakıların könlü xoş olsun deyə. Çünki onların, mənə görə, ən böyük umacağı məhz təmənnasız tamaşaçı sevgisionun səsli ifadəsi – alqışıdır.

 

...Odur ki, yağışdan sonra hövlnak çıxıb, sonra itən göyqurşağı kimi  aydınlanan adamlara qoşulub hamının asanlıqla “mənim teatrım” deyə biləcəyi sənət yuvasında ilk tamaşasının sorağına tələsdim.

 

Əslində, “M.Teatr” 2016-cı ildən fəaliyyət göstərir. Təbii ki, “laməkan”. Onu yaradanbu müddətdə çiyinlərində daşıyan, məkan-məkan dolaşıb, yükünü yüngülləşdirmək üçün hər ocaqda bir az dərindən nəfəs alan Xalq artisti, səhnə, sənət adam Vidadi Həsənov, nəhayət, özünə, daha doğrusu, özündən çox şey fəda etdiyi teatrına məkan tapdı. Nə deyək, mübarək olsun. Tamaşaçısı çox olsun, ağ-qara səhnəsi daim rəngli sevgilər və işıqlarla nurlansın...

 

Kapitalist düşüncə bumunda teatra qucaq açmaq bu dəfə naşir Şahbaz Xuduoğluna nəsib olub. Nə xoş, demək ki teatrı, səhnəni təkcə dəbdəbəli tamaşa salonlarından kənarda da sevənlər var. Belə olmasaydı, Qanun” Nəşrlər Evini birteatra yurd etməzdi.

 

İyunun 9-da nəşriyyatın binasında fəaliyyətə başlayan “M. Teatr”ın ilk tamaşasına ictimai baxış keçirildi. Sənət adamlarının və media nümayəndələrinin iştirak etdiyi tədbir bir çox məqamlarla yadda qaldı. Düşünürəm ki, bir-iki kəlmə ilə ab-havanı təsvir etmək olar. Deməli, tamaşa salonu sadə, əsl teatr ruhunda tərtib olunub. Kulis və arxası qara parça ilə pərdələnmiş kiçik səhnə tamaşaçı oturacaqlarından cəmi bir neçə santimetr hündürlükdədir. İzafi heç bir yükü, dəbdəbəsi yoxdur. Hər şeyə minimalist yanaşan tərtibatçılar (əslində, hamısı – ustası da, fəhləsi də elə özləri, “M. Teatr”ın kollektividir) tamaşaçı salonunu da eyni lada kökləyiblər. Divarlarda görkəmli teatr, sənət xadimlərinin ifadəli fotoları, arxa divarda teatrın sloqanı və oturduğun nömrəli skamyalar səni mütləq şəkildə bir əsr öncəyə “atır”. Söykənəcəyi olmayan qara rəngli skamyalarda əyləşdiyin ilk dəqiqələrdən fikrin səhnədə qalır...

 

Bu dəfə çox gözləməli olmadıq. Teatrın yaradıcısı Vidadi Həsənov zəhmli və yorğun üzünə qonan xoş təbəssümlə hər kəsi salamladı. Sonra teatrı, onun ideyası, məqsəd və məramından danışdı. Bu günə qədər ərsəyə gətirdiyi tamaşalardan, onların vasitəsilə özünə ifadə imkanı tapan teatrın daimi və müvəqqəti truppasından, bir-iki kəlmə də gələcək xoş niyyətlərindən söz açdı.

 

Sonra ev-məkan sahibini səhnəyə dəvət etdi. Şahbaz Xuduoğlu “M. Teatr”ın rəhbərlik  etdiyi nəşriyyatın binasında fəaliyyətə başlamasının qısa tarixçəsindən danışdı. Bildirdi ki, fəaliyyətini genişləndirən nəşriyyat indən belə bu zalda başqa mədəni tədbirlər də təşkil edəcək. Kitab təqdimatları, uşaqlar üçün nağıl axşamları, müəlliflərlə görüşs.

 

Təqdimatdan sonra Vidadi Həsənovun quruluşundaVidalaşmadan getməyin” monotamaşası başladı.

 

Özündə “Bəlkə mən heç nə yaşamamışam?!” kimi ağır yüklü sual daşıyan səhnə işi, fərqli və maraqlı yanaşma üslubu olan mərhum Rövşən Ağayevin pyesi əsasında  ərsəyə gəlib. Tamaşanın musiqisi Vüqar Məmmədzadəyə, plastik həlli Mikayıl Mikayılova məxsusdur, quruluşçu rəssamı Ülkər Əliyevadır. Ümumilikdə ona yaxın insanın əmək sərf etdiyi təkadamlıq oyun ağır mətləblərdən bəhs edir.

 

Aktyor Oktay Mehdiyevin canlı, həssas və təsirli ifası tənhalığa məhkum olunmuş yaşlı kişinin əzablarının təbii ifadəsi baxımından alqışa layiqdir.

 

Tamaşa boyu biz arvadını itirən və ötən müddət ərzində övladlarının da diqqət və qayğısından məhrum olan kişinin boş çərçivələrlə dialoqunu (əslində, monoloqunu) izləyirik. Maraqlıdır ki, bir an belə olsun darıxmırıq. Tənhalıqdan havalanmaq həddinə gələn, daha doğrusu, təkliyə məhkum edildiyi halda istər doğmaları, istərsə də qonum-qonşuları tərəfindən dəli hesab edilən kişi yaşamağın nə qədər avara bir olduğunu, tənha yaşlanmağın dözülməzliyini üzümüzə vurdu.

 

Xəstəxana paltarında, qutu-qutu dərmanları ilə bizə, əslində, xəstələnmədiyinin, tək dərmanının sevgi və diqqət olduğunu yana-yana, ağlaya-ağlaya dedi. Birbaşqa bir həqiqətimizi şillə kimi çırpdı üzümüzə: gəncliyimizi başqaları üçün yaşadığımızdan qocalıqda heç kimə lazım olmadığımızı. Daha doğrusu, özümüzü elə ilk özümüzün unutduğunu və yalnız yaşlandığımız zaman özümüz üçün yaşaya biləcəyimizi anlatdı. Ammaolsun ki, yaşlananda da əlahəzrət tənhalıq sinəmizə çökür. Bizi doğmalarımız, yaxın-uzaq ətrafımız tək qoyanda özümüzlə baş-başa qala bilmirik. Əslində, bu, heç mümkünolmur. Axı,  ömrü boyu tənha qalmamaq üçün çalışan, özündən başqa hamı ilə dil tapan, dost, bəzən də düşmən olan adamın özü ilə nə alıb-verəcəyi ola bilər ki?!

 

Bəlli oldu ki, lazımdır. Xüsusən dünyaya onsuz da ağlayaraq gəldiyimizi bildiyimiz, mütləqa bir gün əlahəzrət tənhalıqla görüşəcəyimiz üçün.

 

Etiraz edən varsa, özünü aldatsın. Amma onsuz da hamımız bilirik ki, sonda qalib zamanölüm olacaq. Ondan  sonrası haqqında isə düşünmək sadəcə ağılsızlıqdır. Odur ki, burada keçirəcəyimiz vaxtda özümüzlə baş-başa qalmalıyıq. Özübunu qədər, cəza kimi yox, sadəcə, qanunauyğunluq kimi qəbul edərək. Yoxsa  işimiz özü üçün “Qocalıq bizə cavanlıqda elədiyimiz günahların cəzasını çəkmək üçün verilmiş vaxtdır” deyərək ömrü cəza kimi kəsən kişi tək yaşamaqdan bezərək, ölümü arzulayaraq ölərik...

 

Qeyd etdiyim kimi, ağır mətləbli, sadə dilliçox təsirli tamaşa idi. Bunu qüvvətləndirən ikicə amil isə təsirli rejissura və mükəmməl, səmimi, yaşanaraq yaşadılan oyun texnikası idi.

 

Göz yaşlarını silə-silə gülümsəməyə məcbur olan, arada şirnisi əlindən düşən uşaq kimi ayaqlarını yerə döyən, sonra tez deyingən qocaya, ondan da çox fağır  kişiyə dönən Oktay Mehdiyev, sözün həqiqi mənasında, günün qəhrəmanı idi.

 

Bəli, o, aktyor kimi haqqında verilən təyini (Oktay qəhrəmanlarının özünə vara bilir) doğruldaraq, səhnə ilə salon arasındakı bütün maneələri darmadağın etdi və qarşısındakı tamaşaçını (bunu gizlətməyə çalışanlar olsa da) özünə qatıb səssiz-səmirsiz ağlatdı...

 

Alqışlar dayanmadı. Bu dəfə o, sevincdən ağladı. Alnında muncuq kimi parıldayan tərini də, yanağında iz salan göz yaşlarını da silib salonu tərk etməyən tamaşaçılara qoşuldu.

 

Bəli, vaxtilə ustad Vaqif İbrahimoğlunun Yuğ Teatrında ənənəyə çevirdiyi müzakirə burada da başladı. Qızğın müzakirədə səhnədən, aktyor oyunundan, rejissuradan, ümumən hələ də insanları ətrafına toplaya bilən sənətdən, ədəbiyyatdan, həyatdan xeyli söhbət açıldı.

 

Məncə, yaxşı adamlarla söhbət üçün də əla fürsət olan “M. Teatr”ın tamaşalarını kitabların əhatəsində məkan quran ünvandan izləyin (biletləri iticket.az saytından əldə edə bilərsiniz), istəsəniz, sizi teatrın yerləşdiyi üçüncü mərtəbəyədək müşayiət edən 1 manatlıq kitab rəflərinə də baş vurun...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 17 iyun.- S.5.