Cövdət Hacıyev adına məktəbdə
konsert
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində “Şuşa İli”nə həsr olunmuş yekun konsert təşkil edilib.
İdarədən bildirilib ki, konsertdə şagird və müəllimlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Nağaraçalanlar, violonçelçilər və “Ad libitum” ansambllarının, “Renessans”, “Cırtdan” və “Çinar” xorlarının çıxışları alqışlarla qarşılanıb.
Tədbir zamanı məktəb vokalçılarının və xor kollektivlərinin Şuşa şəhərində keçirilən “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsindəki çıxışlarını əks etdirən videoçarxlar da nümayiş etdirilib.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin rəisi İbrahim
Əliyev, Səbail Rayon İcra Hakimiyyəti
başçısının müavini Kəmalə Həşimova, YAP Səbail
və Suraxanı rayon təşkilatlarının
sədrləri Muxtar Nağıyev, Vüqar Seyidov, digər qonaqlar tədbirdə iştirak
ediblər.
Mədəniyyət.- 2022.- 22 iyun.-
S.7.