“Qarşıla bizi, Şuşa!”

 

LeopoldMstislav Rostropoviçlərin Ev-Muzeyi və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təsviri sənət qalereyasının birgə təşkilatçılığı ilə “Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsinin sərgisi keçirilib.

Şuşa İli” çərçivəsində gerçəkləşən sərgidə mərkəzin 7-16 yaş arası şagirdlərinin Şuşanın gözəlliyini tərənnüm etdikləri rəsmlər, dekorativ-tətbiqi sənət nümunələri, bədii  şüşə, portretlərdən ibarət 75 əl işi nümayiş olunub.

Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdi Ə.Məmmədzadənin ifasında A.Dvorjakın “Yumoreska” əsəri səsləndirilib.

Rostropoviçlərin ev-muzeyi tərəfindən müsabiqə iştirakçılarına diplom və təşəkkürnamələr təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.7.