Şuşa İli” tədbirləri davam edir

 

Gəncə RMİ-nin tabeliyində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbi “Şuşa – mədəniyyət beşiyimiz” adlı konsert təşkil edib. Regional idarənin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin izlədiyi konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqilər səsləndirilib.

***

 

Lənkəran RMİ-nin tabeliyindəki O.Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbində Bakı şəhər 28 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli“nə həsr olunmuş konsert keçirilib. Hər iki məktəbin şagird və müəllimlərinin ifasında təqdim olunan konsert proqramı maraqla qarşılanıb.

***

 

Biləsuvar RMİ-nin əhatə etdiyi Camal İsmayılov adına Neftçala rayon Uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə ansambl müsabiqəsi keçirilib. Şagirdlər 1-ci, 2 -ci, 3-cü dərəcəli diplomlar və tərifnamələrlə təltif ediliblər.

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.4.