Rus Dram Teatrında ingilis deputatın başına gələnlər
İyunun
24-də Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrında ingilis dramaturqu, “vəziyyət komediyası”nın ustası Rey Kuninin “Qarışıqlıq” əsəri
əsasında səhnələşdirilmiş
“Kişi, qadın, pəncərə... məşuq”
adlı tamaşa nümayiş olunacaq.
Teatrın repertuarındakı maraqlı
nümunələrdən olan
tamaşanın quruluşçu
rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı
Aleksandr Fyodorov, musiqi tərtibatçısı
Vladimir Neverovdur.
Qeyd edək
ki, tamaşa qəhrəmanların aramsız
olaraq düşdüyü
ekssentrik situasiyalar kaleydoskopudur. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu
hoteldə öz siyasi
opponentinin yaraşıqlı katibəsi
Ceynlə xoş bir axşam keçirmək niyyətindədir. Pəncərələri
“Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin
ucbatından başlayır...
Mədəniyyət.- 2022.- 22 iyun.-
S.5.