MDB ölkələri gənc arxivçilərinin
yay məktəbi
Qazaxıstan Respublikası Prezident Arxivi, Əl-Fərabi adına Qazax Milli Universiteti və Rusiya Dövlət Humanitar Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay məktəbi təşkil edilib.
Hibrid formatda (onlayn və bilavasitə iştirak) keçirilən V Yay məktəbi “Rəqəmsal transformasiya mühitində milli arxiv qanunvericiliyi” mövzusuna həsr edilib.
Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan,
Cənubi Koreya, Çin,
Monqolustan və s.
ölkələrdən 350-dən çox
arxivçinin qatıldığı tədbirdə
ölkəmizi Milli Arxiv
İdarəsi İnformasiya təminatı
və elektron xidmətlər mərkəzinin
aparıcı məsləhətçisi Roza
Əliyeva və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi
Gültən Eminova təmsil edib.
Mədəniyyət.- 2022.- 22 iyun.-
S.6.