“Sevmək üçün doğulanlar

 

Venesiya Biennalesində Azərbaycan pavilyonunun fəaliyyəti davam edir

 

 

Xəbər verdiyimiz kimi, İtaliyanın Venesiya şəhərində dünyanın ən nüfuzlu incəsənət sərgisi pandemiyanın doğurduğu məcburi fasilədən sonra yenidən rəssam və sənətsevərləri bir araya gətirib.

Venesiya Biennalesi iki ildən bir təşkil edilirsayca 59-cu sərgi 2021-ci ildə keçirilməli idi. Lakin pandemiya ilə bağlı bu ilə ertələndi. 23 aprel – 27 noyabr tarixlərini əhatə edən 59-cu Venesiya Biennalesində Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təmsil olunur.

“Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarından birində – Müqəddəs Mark meydanındakı qədim “Procuratie Vecchie” binasında fəaliyyət göstərir. Pavilyonda Azərbaycandan yeddi rəssam – Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva və Əqdəs Bağırzadə müasir texnikaüsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdırırlar.

Qeyd edək ki, Azərbaycan Venesiya Biennalesində 2007-ci ildən – artıq 8-ci dəfə təmsil olunur.

Biennalenin mərkəzi sərgisində 79 milli pavilyon qurulub. Beş ölkəKamerun, Namibiya, Uqanda, Nepal Oman ilk dəfə burada təmsil olunur. Mərkəzi Asiyadan Qazaxıstan, Qırğızıstan Özbəkistan da müəyyən fasilədən sonra Venesiya Biennalesinə qatılıb. Rusiya isə məlum sanksiyalar səbəbindən ilk dəfə sərgidən kənarda qalıb.

Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.8.