Yaratdığı obrazlar onu əbədi yaşadacaq

 

Xalq artisti Amaliya Pənahovanın xatirəsi yad olundu

 

 

Amaliya Pənahova İncəsənət İnstitutunun 3-cü kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Akademik Milli Dram Teatrında İlyas ƏfəndiyevinSən həmişə mənimləsənpyesinin tamaşasında baş rola dəvət etdi. O zamanlar teatrda baş rolları peşəkar aktyorlar oynayardı. Ancaq tələbə-aktrisa bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi...

Bu fikirlər iyunun 16-da Azərbaycan Dövlət Film Fondunda unudulmaz teatr kino xadimi, Xalq artisti, professor Amaliya Pənahovanın (1945-2018) xatirə gecəsində səsləndirildi.

Görkəmli aktrisanın sənət işığına tanınmış mədəniyyət incəsənət xadimləri, ailə üzvləri toplaşmışdı.

Fondun foyesində Amaliya Pənahovanın kinoda yaratdığı obrazları ifadə edən fotolardan ibarət sərgi təşkil olunmuşdu.

Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışdı. Diqqətə çatdırdı ki, insanın ən böyük mənəvi sərvətlərindən biri onun yaddaşıdır: “Amaliya xanımın istedadı, yaradıcılıq fantaziyası teatr kinonu sevənlər tərəfindən həmişə maraqla qarşılanıb. Pərəstişkarları saya gəlməzdi. Bugünkü tədbirə toplaşanların çoxluğu da Amaliya Pənahovaya olan sevginin göstəricisidir. Unudulmaz sənətkarın oynadığı 500-ə yaxın rol onu mədəniyyət tariximizdə bundan sonra əbədi yaşadacaq”.

Dövlət Film Fondunda Amaliya Pənahovanın şəxsi arxivinin yaradıldığını diqqətə çatdıran Cəmil Quliyev dedi ki, burada sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet jurnalları toplanıb. Xalq artistinin şəxsi arxivinin yaradılması doğum gününə (15 iyun) həsr olunub. Materiallar sənətkarın qızı Aynur Muxtarova tərəfindən fonda təhvil verilib.

Əməkdar artist Elxan Qasımov Amaliya Pənahovanı 1962-ci ildən tanıdığını bildirdi. Qeyd etdi ki, Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onun istedad şəxsiyyətini tam əks etdirmir: “Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bakı Bələdiyyə Teatrının aktyorları tanıyır. Bu teatrın əsasını qoyan sənətkar yaradıcı heyətə nəvazişlə yanaşır, aktyorlara sənətin sirlərini öyrədirdi. Bələdiyyə Teatrı Amaliya Pənahovanın canlı arxividir...”.

Xalq artisti Rafiq Əzimov Amaliya Pənahovanın institutun 3-cü kursunda oxuyarkənSən həmişə mənimləsəntamaşasında oynadığı Nargilə rolunu yada saldı. Bildirdi ki, həmin tamaşa respublikada səs saldı: “Bundan sonra Amaliya Pənahova ölkənin aparıcı teatrlarına tez-tez dəvət olundu. Roldan-rola püxtələşdi tamaşaçıların sevimlisinə çevrildi. Yaratdığı teatr isə bir tarix oldu. Amaliya Pənahovanın teatrda fəaliyyəti dövründə yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu, teatr tarixində bir dönüş idi”.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov da ilk dəfə Amaliya Pənahovanı “Sən həmişə mənimləsən” tamaşasında görüb onunla işləmək arzusuna düşdüyünü bildirdi. Rejissor Akademik Milli Dram Teatrında görkəmli aktrisa ilə yaradıcılıq fəaliyyətini  yada saldı: Tale elə gətirdi ki, illər sonra Amaliya xanımın yaratdığı Bakı Bələdiyyə Teatrında rejissor vəzifəsinə təyin olundum və görkəmli sənətkarla yenə birlikdə işlədim. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın ruhunu yaşadacaq”.

Amaliya Pənahova ilə birgə televiziya layihələrində çalışan telejurnalist Vidadi Hüseynov onunla ilk tanışlığını yada saldı və xatirələrini bölüşdü. Qeyd etdi ki, görkəmli aktrisanın istedadı və fədakarlığı onu daim düşündürüb.

Çıxışlardan sonra tədbir iştirakçıları aktrisa haqqında sənədli filmi izlədilər.

Amaliya Pənahovanın “Xatirələr sahili” filmində Xalidə, “Qərib cinlər diyarında” nağıl-filmində Zərri, “Arxadan vurulan zərbə”də Ziba, “Babək” tarixi-bioqrafik filmində Zərnisə, “Qəribə adamda Fəridə, “Mən nəğmə qoşuramda Sonanın anası, “Gözlə məni” tarixi filmində Fəxrəndə, “Cavad xantarixi-bioqrafik filmində knyaginya Daryabaşqa rolları bu gün də kinosevərlər tərəfindən böyük maraqla izlənilən dolğun, koloritli ekran personajlarıdır.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.6.