Ordum da var,
yurdum da...
26 iyun Azərbaycan
Silahlı Qüvvələr
Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti
ilk əlahiddə diviziyanın
yaradılması barədə
qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may
1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr
Günü elan olunub. Əlamətdar gün münasibətilə
bölgələrdəki mədəniyyət
müəssisələrində tədbirlər keçirilib,
Azərbaycan xalqına
əbədi Zəfər
ruhu bəxş edən, əzəli torpaqlarımızı yağıdan
qurtaran Ordumuzun qəhrəmanlığından söz açılıb.
Bərdə RMİ Bərdə Dövlət Rəsm Qalereyasında “Müzəffər Ordumuz” adlı tədbir təşkil edilib. İdarənin
rəisi Vəsilə
Möhsümova deyib ki, Vətən müharibəsində rəşadətli
Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində
düşmən tapdağı
altında qalan torpaqlarımızı işğaldan
azad edib, əsgər və zabitlərimiz qəhrəmanlıq
dastanı yaradıblar.
Çıxış edən hərbçilər
Ali Baş Komandanın
rəhbərliyi ilə
Vətən müharibəsində
qazanılmış parlaq
Qələbə barədə
danışıblar. Sonra konsert
proqramı təqdim olunub. Bir qrup hərbi
qulluqçu mədəni-kütləvi
tədbirlərdə fəal
iştirakına görə
regional idarənin fəxri
fərmanı ilə təltif edilib.
Regional idarənin rəisi
və mədəniyyət
işçiləri Yevlax
şəhərindən olan
Vətən müharibəsi
şəhidi Sadiq Əsgərovun ailəsinə
baş çəkiblər.
Ağcabədi RMİ-nin əhatə
etdiyi Ağdam rayon Mədəniyyət Mərkəzinin
tabeliyində fəaliyyət
göstərən Qaradağlı
kənd Mədəniyyət
evində 5 saylı kitabxana, rayon Gənclər
və İdman İdarəsi, YAP rayon təşkilatının
iştirakı ilə
“Yaşasın qalib Azərbaycan Ordusu!” adlı tədbir keçirilib. Tədbirdə
çıxış edənlər
əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük
Vətən müharibəsində
Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən,
qazanılan tarixi Zəfərdən danışıblar.
Məktəblilər Vətənə və Ordumuza həsr olunan şeirlər söyləyib,
əsgərlərimizə yazdıqları
təbrik məktublarını
oxuyublar.
***
Gəncə RMİ Goranboy rayon Mərkəzi
Kitabxanasının Uşaq
şöbəsi Heydər
Əliyev adına
mədəniyyət və
istirahət parkında
“Tarix yazan Ordum” adlı şeir saatı keçirib. Tədbiri açan Uşaq
şöbəsinin müdiri
Rəna Məhərrəmova
Azərbaycan Silahlı
Qüvvələr Gününün
yaranma tarixindən, Ordumuzun 44 günlük Zəfər salnaməsindən
bəhs edib. 2 saylı şəhər
tam orta məktəbinin
şagirdləri “Sən
qürurumuzsan, əsgər!”
şeirini səsləndiriblər.
***
İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində şəhid
ailələri və qazilərlə görüş
keçirilib. Görüşdə İsmayıllı Rayon İcra
Hakimiyyətinin şöbə
müdiri Sevil Əhmədova, RMİ-nin rəisi Elçin Nəcəfov iştirak ediblər. Tədbirdə “Şuşa, sən
azadsan!” filmi nümayiş olunub.
***
Sumqayıt RMİ-nin Qubadlı
rayon nümayəndəliyi tərəfindən Sumqayıt
şəhər N.Nərimanov
adına Mədəniyyət Mərkəzində
Vətən müharibəsi
şəhidi Orxan Rəhimlinin anım mərasimi keçirilib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının
müavinləri Allahverdi
Haqverdiyev, Xoşqədəm
Alıyeva, YAP Qubadlı
rayon təşkilatının sədri Təhmasib Rüstəmov, ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidin
keçdiyi şərəfli
həyat yolu haqqında geniş məlumat verilib, Mədəniyyət Mərkəzinin
hazırladığı musiqili-ədəbi
kompozisiya maraqla qarşılanıb.
***
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində
“Vətənpərvər olaq!”
adlı tədbir keçirilib. Mərkəzin direktoru Rəna
Hacızadə Azərbaycan
Silahlı Qüvvələrinin
yaranmasının 104-cü ildönümü münasibətilə
tədbir iştirakçılarını
təbrik edib, Ordumuzun Zəfər yolundan danışıb.
***
Biləsuvar RMİ Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Gənclər
və İdman İdarəsinin təşkilatçılığı
ilə Silahlı Qüvvələr Günü
münasibətilə “Ordum varsa, yurdum var”
adlı görüş keçirilib.
Tədbirdə Vətən müharibəsi
şəhidi, Xüsusi Təyinatlı
Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş
hərbçi Əliş Şirinov, Salyan rayon 8 saylı tam orta məktəbin hərbi
rəhbəri, qazi Zamiq
Əsgərov və hərbi çağırışa
hazırlaşan gənclər iştirak
ediblər.
Mədəniyyət.- 2022.- 24 iyun.-
S.4.