Kitabxanalar ictimai yaddaş institutları kimi

 

İyunun 23-də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat KitabxanasıKitabxanalar ictimai yaddaş institutları kimimövzusunda onlayn dəyirmi masa təşkil edib.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun videoçıxışı təqdim olunub. Direktor qeyd edib ki, Milli Kitabxana 2020-ci ildə 2 cildlikAzərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsindəadlı Azərbaycan rus dillərində fundamental biblioqrafiya hazırlayaraq nəşr edib.

Azərbaycan dilində materialları əhatə edən cilddə mövzu üzrə zəngin material toplanıb. Biblioqrafik göstəricidə müharibə zamanında sonrakı illərdə dərc edilmiş materiallar ayrı-ayrı mövzular üzrə qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Biblioqrafik göstəricinin 2-ci hissəsi rus dilində nəşr olunub.

K.TahirovAzərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: 1941-1945-ci illəradlı kitabının da dərc edildiyini, Milli Kitabxananın əməkdaşları tərəfindənBöyük Qələbəadlı elektron məlumat bazasının hazırlandığını da iştirakçıların diqqətinə çatdırıb.

Dəyirmi masada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində ön arxa cəbhədə fəaliyyətindən bəhs edib.

Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı Pərvanə Qurbanova kitabxananın fondundan hazırlanan resursları iştirakçılara təqdim edib. O, ölkəmizin 1941-1945-ci illər müharibəsində iştirakı, eləcə kitabxananın həmin dövrlərdəki fəaliyyəti haqqında geniş məlumat verib, müharibədə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlılardan yeddi nəfərin döyüş yolu haqqında danışıb.

A.S.Puşkin adına kitabxananın əməkdaşları qəhrəman Azərbaycan oğullarının 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətdən bəhs edən təqdimat ediblər.

Sonda dəyirmi masanın nəticələri, iştirakçıların fikirləri gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.2.