Musiqi məktəbinin “Şuşa İli”nə həsr olunan xeyriyyə konserti

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin “Şuşa İli” münasibətilə Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçirilib.

Konsert məktəbin kiçik xorunun ifasında sözləri Xalq şairi Vahid Əzizə, musiqisi şəhid pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı, bəstəkar Könül Hüseynovaya aid olanŞuşam mənim” mahnısı ilə başlayıb.

Yüksək vətənpərvərlik ruhunda keçən konsertdə Qarabağ müharibəsində canlarından keçən şəhidlərimiz yad edilib. Onların haqqında hazırlanmış videoçarxlar A.Zeynallının “Muğamsayağı”, Ə.Məmmədovun “Xudayar təsnifi” və başqa əsərlərin şagirdlər tərəfindən ifaları ilə müşayiət olunub. İkinci Qarabağ müharibəsində şəhid olmuş leytenant Nurlan Həsənovun qızı Nurgülün çıxışı xüsusi alqışa layiq görülüb.

Konsertdə bəstəkarlar – maestro NiyaziVasif Adıgözəlovun əsərlərinin səslənməsi səhnəyə Şuşanın musiqi ab-havasını gətirib. Şagirdlərin solo nömrələrlə yanaşı, maraqlı ansambl ifaları da yaddaqalan olub. Onlar T.Quliyev, A.Zeynallı və C.Cahangirovun əsərlərini də böyük şövqlə ifa ediblər.

Məktəbin məzunu, “O səs Ukrayna” müsabiqəsinin iştirakçısı, gənc müğənni Vaqif Nağıyevin ifasında M.Maqomayevin repertuarından məşhur mahnılar konsertə xüsusi canlanma gətirib. Musiqi axşamı dahi Ü.Hacıbəylinin “Cəngi”si ilə başa çatıb.

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.3.