III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı

 

İyunun 22-də Bakı Konqres Mərkəzində yerli beynəlxalq dizaynerlərin III “Azerbaijan Design Award” (“Azərbaycan dizayn mükafatı”) müsabiqəsinin yekun tədbiri keçirildi.

Mədəniyyət Nazirliyinin dəstəyi Azərbaycan Dizaynerlər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdən əvvəl qonaqlar müxtəlif dizayn təşkilatlarından nominasiya üzrə təqdim edilən işlərdən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dedi ki, xalq olaraq biz bu coğrafiyada tarixdə həmişə dizayn işi ilə məşğul olmuşuq: “Bizdən qabaq bu torpaqlarda yaşayan əcdadlarımız həmişə dövlət, bayraq, fikir, fəlsəfə dizaynı veriblər. Bu, zamanla bizim mədəniyyətimizin bir hissəsinə çevrilib. Tariximizin yeni səhifəsində bizim bizdən sonrakı nəsillərin üzərinə böyük məsuliyyət düşür. Bu gün burada rahat şəkildə belə tədbirləri keçirməyimiz, ilk növbədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şücaət göstərən Ordumuzun, əsgərlərimizin səylərinin nəticəsidir. Biz bu Qələbə əzmi ilə işğaldan azad edilən torpaqlarla bu coğrafiyanın dizaynında böyük bir dəyişikliklər etdik. Bu Qələbəni əzmi qorumaq mədəni irsimizə sahib çıxmaq üçün hər birimiz öz sahəmizdə peşəkar olmalıyıq”.

Elnur Əliyev qeyd etdi ki, Mədəniyyət Nazirliyinin əsas məqsədlərindən biri yaradıcı sənayeyə dəstək göstərməklə bu sahənin inkişafı ilə iqtisadiyyatımıza töhfə vermək həmçinin yaradıcı insanlarımızın dünyaya çıxışını təmin etməkdir. Tədbirin önəmindən danışan nazirin birinci müavini belə görüşlərin yeni istedadların kreativ düşüncə sahiblərinin üzə çıxarılmasında yardımçı olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, bu il Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdəŞuşa İlielan edilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin təklifi əsasında dizayn müsabiqəsinin kateqoriyaları sırasına Şuşa mövzusu da əlavə olunub.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası (AYSF) İdarə heyətinin sədri Vasif Eyvazzadə federasiyanın fəaliyyəti haqqında geniş məlumat verdi. Vurğuladı ki, bu sahədə təhsilin təkmilləşdirilməsi, müasirləşdirilməsi günün tələbidir. O, həmçinin dizayn sahəsində AYSF-nin təşəbbüsü ilə inklüzivliyin tətbiqinin vacibliyinə diqqət çəkdi.

Azərbaycan Dizaynerlər Assosiasiyasının sədri Rəhim İsmayıl, sədr müavini Ramin Nəsirov, rəssam Faiq Əhməd, dizaynerlər Knyaz Yaqubov, Nizami Ağa müsabiqə ilə bağlı fikirlərini bölüşdülər.

Çıxışlardan sonraŞuşa İli”, “Sənaye”, “Tətbiqetmə”, “İnteryer”, “Eksteryer”, “Reklam”, “İllüstrasiya”, “Qablaşdırma dizaynı”, “Brendinq”, “Veb”, “Çapdizaynları nominasiyaları üzrə I, II III yerlərin qalibləri elan olundu.

Qeyd edək ki, 2018-ci ildən keçirilən “Azerbaijan Design Award” müsabiqəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləşdirərək dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə töhfə verir. Yerli beynəlxalq dizaynerlər üçün ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək istedadlı şəxsləri üzə çıxarmaq məqsədi daşıyır. Müsabiqə çərçivəsində müxtəlif mövzular üzrə yerli xarici dizaynerlər tərəfindən təqdim olunan layihələr azərbaycanlı mütəxəssislər daxil olmaqla beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.1;2.