Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, monoqrafiyanın elmi redaktoruön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri professor Qəzənfər Paşayevfilologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Monoqrafiyada XX əsrin 90-cı illərindən bu günə qədər Qarabağ mübarizəsini əks etdirən bədii ədəbiyyat Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi (2020) dövrlərinin ədəbiyyatı kimi tədqiq edilir. Aprel (2016) döyüşlərinin bu iki müharibə arasında keçid rolunu oynaması xüsusi olaraq vurğulanır.

Dörd fəsildən ibarət kitabda Qarabağ mövzusunu əks etdirən publisistik əsərlər, nəzm, nəsr və dram nümunələri, ssenarilər və filmlər tədqiq olunub.

Monoqrafiyada yerli tədqiqatçılarla yanaşı, xarici mütəxəssislərin də elmi yanaşmaları yer alıb.

 

Mədəniyyət.- 2022.- 29 iyun.- S.7.