Kommunikasiya meneceri” layihəsi üzrə təlim kursuna yekun vurulub

 

Xəbər verdiyimiz kimi, 20-24 iyun tarixində Mədəniyyət NazirliyininKommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində “İctimai əlaqələr və medianın əsasları” mövzusunda təlim kursu keçirilib. Treninq nazirliyin regional mədəniyyət idarələri üzrə media menecerlərinin PR, mediakommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilib.

Kursun bağlanış mərasimində ADA Universitetində ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış edərək beş gün davam edən təlimin əhəmiyyəti barədə danışıb, bütün təlim iştirakçılarını təbrik edib.

ADA Universiteti İnkişafDiplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva tədris ocağı haqqında məlumat verərək bildirib ki, burada treninq məqsədli ilk layihələr diplomatlar üçün təşkil edilib. Sonradan universitetin fəaliyyəti genişlənərək digər dövlət qurumları ilə əlaqələr qurulub. Bu qəbildən təlim proqramlarının faydasından bəhs edən A.Hacıyeva deyib ki, treninqə qatılan insanlar müxtəlif təşkilatlarda çalışırlar, müəyyən təcrübələri var. Buna baxmayaraq nələrisə öyrənmək hər zaman faydalıdır: “Düşünürəm ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyimiz bu treninq kursu da bütün iştirakçılar üçün faydalı olacaq”.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı, layihənin koordinatoru Məhəmməd Həmzəyev diqqətə çatdırıb ki, keçirilən təlimlər “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib.

Mədəniyyət Nazirliyinin Mediakommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə ADA Universiteti ilə birgə icra olunan layihənin uğurla yekunlaşdığını vurğulayıb: “Bu bizim pilot layihəmizdir. Layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi, həmçinin sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Biz çox istəyərdik ki, regional idarələr kommunikasiya sahəsində səmərəli fəaliyyət göstərərək media ilə müştərək və həmçinin müstəqil şəkildə bu işi qura bilsinlər”.

ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində “Kommunikasiya və rəqəmsal media” proqramının rəhbəri, layihənin təlimçisi Şəfəq Mehrəliyeva Azərbaycanın ümumbəşəri mədəni irsdə yerindən söz açıb, layihə barədə təəssüratlarını bölüşüb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, beş gün sürən təlimləri ADA Universiteti İnkişaf Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ADA Universitetinin İctimai Beynəlxalq Münasibətlər MəktəbindəKommunikasiya media” proqramının rəhbəri Şəfəq Mehrəliyeva aparıblar, həmçinin mühazirəçi kimi yerli xarici mütəxəssislər cəlb olunub.

 

 

Mədəniyyət.- 2022.- 29 iyun.- S.7.