İsa bulağının səsi...

 

Ömrü bir əsri haqlamış xanəndə Mürsəl kişi bu əsrarəngiz məkana gələnlərin könlünü xoş eləyirmiş...

 

 

Şuşa haqqında yazılarımdan biriniona – ahıl yaşında Şuşada şəhid edilən, özüömrü boyu çörək verdiyi, sənət, həyat dərsi keçdiyi, ömrünü birlikdə keçirdiyi, lakin xislətlərini bilmədiyi (bəlkə də bilmək istəmədiyi) ermənilər tərəfindən pusquya salınaraq öldürülən Mürsəl kişiyə – həsr edirəm. Düşünürəm ki, Qarabağ, Şuşa, muğam, milli musiqi sənətimiz və onun fədailərindən, ustadlarından danışırıqsa, gərək ona da yer verək.

Əslində, mənim Mürsəl kişi haqqında məlumatlarımı zənginləşdirən, hər Şuşanı, şuşalı günlərini, xüsusən də İsa bulağı və oradakı unudulmaz muğam gecələrini xatırlayan qonşum Niyazi dayı və Həqiqət xalanın timsalında Əmirovlar ailəsi oldu.

Mehriban cütlük Şuşanı xatırladıqca İsa bulağında dəf çala-çala muğam oxuyan, yalnız kamançanın müşayiəti ilə müxtəlif muğamxalq mahnılarımızı məharətlə ifa edən, bir çox yerlərdən məhz Mürsəl kişini dinləmək üçün ora axın edən insan selindən danışdılar. Xatirələr çözələndikcə uşaq kimi kövrələn, məsum təbəssümü üz-gözünə səpələnən Niyazi dayı birdən-birə hiddətlənərək qəhərli səslə “Əclaflar, o qoca, yaşı 100-ü keçmiş, heç kimə ziyanı dəyməyən nur üzlü ağsaqqalı da pusquya salaraq öldürdülər. Adamı yandıran bilirsən nədir, qızım? Onu pusquya salan da, qətlinə fərman verən də elə çörək verdikləri, çörəyi dizinin üstündə olan yan-yörəsindəki ermənilər idideyib duruxdu. Söhbətə qoşulan Həqiqət xalaNiyazi, yadındadır, hadisələr başlayanda neçə dəfə ona dedilər ki, “Ay Mürsəl baba, daha İsa bulağına tərəf enmə, getsən də, bu qədər gec qayıtma”. Amma o, məhəl qoymadı, hətta “Deyirsiz illərlə çörək kəsdiyim adamlardan ehtiyat edim? Ermənilər mənə nəsə etmək istəsələr də, yan-yörəm qoymaz” deyə onları məzəmmət də edirdi. Amma nə biləydi ki...” deyib qəribə bir hüzn ilə nəzərlərini açıq pəncərədən çölə dikdi.

Özünəməxsus təmkini ilə hər zaman diqqətimi cəlb edən Niyazi dayının (Bu adı ona məşhur maestromuzun şərəfinə veriblər) “Bala, biz, əslində, onların düşmənçiliyini həmişə hiss etmişik. Amma həm də düşünmüşük ki, öz torpağımızdayıq, onları biz qanadımızın altına almışıq. Durub bizə dil uzadası deyildilər ki. Amma başımıza açdıqları oyuna dünya tamaşa elədi. Çox qırğınlar gördüm, ev-eşiyimiz dağıldı, doğmalarımı qırdılar. Amma heç biri məni Mürsəl kişinin hadisəsi qədər sarsıtmadı. Adam nə qədər vicdansız olar ki, çəlimsiz, ömrü bitməkdə olan qoca kişini pusquya salıb işgəncə ilə öldürə. Bax, erməni budur, qızım” yanğı ilə dediyi sözlər verəcəyim bütün sualların üstündən xətt çəkdi.

Ağ-qara şəkilləri seçib İsa bulağında çəkdirdiklərini bir-bir mənə göstərən Həqiqət xala məğrur təbəssümlə “Niyazi, qocalsa da, nə səsi, nə də ifası dəyişməmişdi. Elə bil 25 yaşında oğlan idi. Bax elə zəngulələr vurub, dəfi əlində elə məharətlə oynadırdı ki, adam mat qalırdı. Özüisti-soyuq, qış-yay bilməz, yuxarı məhəllədəki evindən İsa bulağına – o xeyli məsafəni hər gün piyada gedib-gələrdi” dedi.

Maraq məni götürdü və başladım Mürsəl kişi haqqında məlumat axtarmağa.

Ruhu şad olsun, demək, ömrünü boşa yaşamamış, insanların yaddaşında özünəməxsus izini qoya bilmişdir. Belə ki, vaxtilə İsa bulağında məclis təşkil edən yaşlı nəslin nümayəndələri bu istirahət məkanından söz düşəndə xanəndə Mürsəl Hacıyevi də mütləq ehtiramla xatırlayırlar.

 

Bəli, o, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifaları ilə əyləndirib. Hətta o zamanlar – 80-ci illərdə belə bir deyim varmış: İsa bulağına gəlib Mürsəl kişinin səsinə qulaq asmamaq günah sayılar...

Xatırlayanlar deyir ki, əsasən kamançanın müşayiəti ilə ifa edən Mürsəl Hacıyev qavalı elə şövqlə çalıb, elə şirin səslə oxuyarmış ki, dinləyənlər eyni mahnını ona bir neçə dəfə sifariş edərmişlər. Yaşı 100-ü haqlasa da, çevik hərəkətləri qocalığına, zəif vücuduna əsla uyğun gəlmirmiş. Qocaman xanəndənin səsində dünyaya göz açıb böyüdüyü Şuşaya, Şuşanın dağlarına sonsuz məhəbbət, vurğunluq duyulurmuş.

Deyirlər, onun ifa etdiyi “Şuşanın dağları” mahnısı bir başqa avazda olub. Səsində, avazında, təbiətində doğulduğu yerin əzəmətini daşıyan Mürsəl kişi həm də neçə-neçə muğam ifaçısına bu sənətin sirlərini öyrədib, onların şaqraq səsinə yön verib.

Yazıçı-publisist Mustafa Çəmənli “Bir səfərin təəssüratı” məqaləsində Mürsəl kişi haqqında məlumat verib: “…1984-cü ilin iyun ayı idi. Bir səhər 30 nəfər yığışıb Şuşaya yol aldıq... İsa bulağı başında məclis qurduq. İsa bulağında diqqətimizi cəlb eləyən qəribə adamlardan biri 100 yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu idi. 1885-ci ildə anadan olmuş Mürsəl kişi Nikolayı taxtda, Lenin babanı qundaqda görmüşdü. Haqqında danışırdılar ki, hər gün şəhərdən 7-8 km məsafəni piyada İsa bulağına gəlir, gün batıb, İsa bulağının  başından əl-ayaq yığışandan sonra yenə piyada Şuşaya – mənzilinə qayıdır. Mürsəl kişinin 100 yaşı olmasına baxmayaraq, səsi yerindəydi və nəmərə  oxuyurdu. Arada Mürsəl kişiyə yaxınlaşıb köhnə bir el havası oxumasını xahiş etdim. Mürsəl kişiNar-nar” mahnısını yaşına yaraşmayan bir səslə oxumağa başladı... Mürsəl kişi mahnısını bitirdikdən sonra qavalının pərdəsi boşalmasın deyə (İsa bulağı, meşə rütubətli olduğundan qavalını bu yolla qorumağa çalışırmış yəqin) plaşının altından kürəyinə yerləşdirdi. Onun duruşu, baxışı, çubuq çəkməyi tabloya köçürüləsi mənzərəydi. O, keçmişinin şələsini hələ də kürəyindən yerə qoymamışdı... Bu qeyri-adi insan mənzərəsi o vaxt nəşriyyatımızda rəssam işləyən Əliağa Məmmədovun nəzərindən yayınmadı, kürəyində günə verdiyi qavala görə əyri qəddini bir az da əymiş qoca xanəndənin eskizini çəkdi...”.

Axtarış zamanı qarşıma çıxan bir foto – Mürsəl kişini çiyninə alan qadın şəkli diqqətimi cəlb etdi. Şəkil haqqında məlumatda 1986-cı ildə İsa bulağında çəkildiyi və Mürsəl kişini çiyninə alan qadının Anahit adlı erməni olması öz əksini tapır (kamançaçalanı və nəmər yığanının ermənilər olduğu da deyilir).

Zaman-zaman İsa bulağında dincələnlər, həmçinin yerli şuşalılar təsdiq edirlər ki, gözdən əlil erməni qadın Mürsəl kişi ilə birgə İsa bulağına dincəlməyə gələnlər üçün Azərbaycan mahnıları ifa edir, çörəkpulu qazanırmış. O, Mürsəl kişini özünə ustad hesab edib, onun vasitəsilə əli çörəyə çatıb...

Xoş zamanlar ötür və mənfur qonşularımız torpaqlarımıza, əzəmətli Şuşamıza göz dikməyə başlayırlar. Artıq hər gün xoşagəlməz xəbərlər artır, İsa bulağındakı xoş görüşlər də kəsilir. Ammaolsun ki, bunların heç biri 110 yaşlı Mürsəl kişinin hər gün İsa bulağına enmək vərdişinə mane olmur. Elə qorxulanlar da başa gəlir. 1989-cu ildə şər qarışan vaxtı bulaqdan geri qayıdan qoca xanəndə pusquya salınır və qətlə yetirilir...

Bu gün Şuşa azad, şuşalı xatirələr təptəzə, Cıdır düzü, İsa bulağı, Topxana meşəsi əlçatandır. Yəqin Şuşa kimi Mürsəl kişininruhu xoşbəxt, azad və nəğməlidir...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 29 iyun.- S.6.