Gənc tarzənlərYeni adlar”da

 

Gənclərdə klassik musiqiyə maraq sevgi yaratmaq, bu istiqamətdə dinləyici auditoriyası formalaşdırmaq üçün müxtəlif təbliğat tədbirləri artıq sistemli hal alıb.

Mədəniyyət NazirliyininYeni adlarlayihəsi gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi estetik zövqünün formalaşdırılması məqsədi daşıyır istedadlı gənclərin üzə çıxarılması, geniş auditoriya tərəfindən tanınmasına köməyi hədəfləyir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafı üçün böyük stimuldur.

Layihə çərçivəsində növbəti konsert iyunun 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. İstedadlı tarzənlər İsmayıl Zülfüqarov Mircavid Cəfərov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər baş dirijorXalq artisti Ağaverdi Paşayev) müşayiətində tarın sehr incəliklərini tamaşaçılara çatdırdılar.

Tofiq Bakıxanovun Hacı Xanməmmədovun tar orkestr üçün konsertləri özünəməxsus ifa emosionallığı olan musiqiçilərin təqdimatında fərqli bir ovqat yaratdı, dinləyicilərin könlünü oxşadı.

1995-ci ildə anadan olan İsmayıl Zülfüqarov 2013-cü ildə paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. Azərbaycan Milli Konservatoriyasının bakalavrmagistr pillələrini müvəffəqiyyətlə başa vurub. Gənc ifaçıların II Respublika müsabiqəsində (2013) Qran-pri mükafatına layiq görülüb. 2017-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən “Skamba skamba kankliai” 45-ci Beynəlxalq Folklor Festivalında “Şuşamuğam triosu ilə səhnəyə çıxıb. Müxtəlif illərdə ölkəmizi Çin, Rusiya, Fransa, Türkiyə, Şimali KiprLitvada təmsil edib.

Mircavid Cəfərov 1996-cı ildə Bakıda tarud ifaçısı, Xalq artisti Mircavad Cəfərovun ailəsində anadan olub. 2013-cü ildə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbini tar üzrə bitirib, Azərbaycan Milli Konservatoriyasının bakalavrmagistr pillələrini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ildə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində və 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə adı Azərbaycanın gənc istedadlarının  “Qızıl kitabı”na yazılıb və Prezident təqaüdünə layiq görülüb.

C.Cəfərov 2016-cı ildə Norveçdə keçirilən “Azərbaycan cazı” layihəsinin, elə həmin ildə Qazaxıstanın Astana şəhərində təşkil olunanAstana Keşteri” Beynəlxalq Caz Festivalının, 2019-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq etno-caz festivalının iştirakçısı olub.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 29 iyun.- S.5.