“Mübariz” və “Komandir” filmlərinin təqdimatı keçirilib
Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Mübariz Əhmədov (1963-1992) və polkovnik-leytenant Murad Mirzəyevə (1976-2016) həsr olunmuş “Mübariz” və “Komandir” filmlərinin təqdimat mərasimi keçirilib.
Hər iki ekran əsəri Mədəniyyət Nazirliyinin “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər layihəsi çərçivəsində “Salnaməfilm” studiyasında lentə alınıb.
Təqdimat Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad RMİ və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Rayon icra başçısının birinci müavini Həsən Həsənov, RMİ-nin rəisi Fərid Qurbanzadə, millət vəkili Ramin Məmmədov, filmlərin rejissoru Murad Muradov, hər iki qəhrəmanın ailə üzvləri çıxış edərək döyüşçülər haqqında öz xatirələrini bölüşüb, onların Vətən uğrunda göstərdikləri igidlikdən söhbət açıblar.
Sonra “Mübariz”
və “Komandir” filmləri nümayiş
olunub.
Mədəniyyət.- 2022.- 29 iyun.-
S.4.