“FantazEU”
festivalında “Qarışıq
gözəllik” sərgisi
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin
təşkilatçılığı ilə 1-18 mart tarixində
Bakıda “FantazEU” adlı mədəni irs festivalı
keçirilir.
Almaniya,
Belçika, Bolqarıstan,
Çexiya, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstanın iştirakı ilə təşkil olunan festival Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş
etdirmək, Azərbaycanda
Avropa mədəni irsinə diqqət yetirməklə, mədəni
müxtəlifliyi təşviq
etmək məqsədi
daşıyır.
Martın 1-də “FantazEU” festivalı çərçivəsində rəssam Fəridə Qarayevanın “Qarışıq
gözəllik” adlı
fərdi sərgisi açılıb.
Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin
rəhbəri, səfir
Peter Mixalko bu qəbildən mədəni
tədbirlərin əhəmiyyətindən
danışıb. Bildirib ki, mədəni irs insanları
birləşdirir: “Bu, festivalın
ilk tədbiridir. Festivalın proqramı
çox maraqlı və zəngindir. Belə ki, proqramda ədəbiyyat
gecələri, yerli və xarici rəssamların tədbirləri,
kino nümayişləri
olacaq. Belə mədəni tədbirlərin
keçirilməsi Avropa
ilə Azərbaycan arasında güclü tərəfdaşlığın inkişafına təkan verəcək...”.
Sonra qonaqlar sərgi ilə tanış
olublar.
Mədəniyyət.- 2022.- 2 mart.- S.1.