Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümü

 

Fevralın 28-də Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir sərgi keçirilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov 30 il ərzində Azərbaycan ABŞ arasında münasibətlərin qarşılıqlı hörmət əməkdaşlıq prinsipləri çərçivəsində inkişaf yolu keçdiyini qeyd edib. Nazir müavini Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, xüsusilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dönəmə qədəm qoymasını 1994-cü ildə imzalanan tarixiƏsrin müqaviləsi”ndən sonra ABŞ Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşdiyini qeyd edib. Müasir mərhələdə ikitərəfli münasibətlərin bir çox istiqamətdə inkişafından danışan E.Məmmədov, xüsusilə diqqəti postmünaqişə mərhələsində azad olunmuş ərazilərdə böyük layihələrin icrasında ABŞ-ın mümkün roluna yönəldib quruculuq səylərində ABŞ şirkətlərinin fəal iştirakının tərəfimizdən dəstəkləndiyini bildirib.

Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer 30 il ərzində Azərbaycan ABŞ arasında əlaqələrin müxtəlif sahələri, o cümlədən qanunun aliliyi, iqtisadiyyat, enerji, təhlükəsizlik sahələrini əhatə etdiyini iki ölkə arasında sözügedən sahələrdə tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Azərbaycanın bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verdiyini bildirən səfir bu xüsusda Azərbaycan sülhməramlılarının Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini qeyd edib, həmçinin Azərbaycanın Əfqanıstana ilk sülhməramlılar göndərən öz sülhməramlılarını sonuncu çıxaran ölkə olduğunu minnətdarlıqla vurğulayıb. L.Litzenberger ABŞ-ın gələcəkdə sabitliyin, rifahın qorunması istiqamətində sadiq tərəfdaş olacağını bildirib.

Sonra tədbir iştirakçıları Azərbaycan ABŞ arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

 

 

  Mədəniyyət.- 2022.- 2 mart.- S.2.